Düşüncələrimizin həyatımıza təsiri
Düşüncələrimizin həyatımıza təsiri

Düşüncələrimizin həyatımıza təsiri

2019/11/01 1729

İnsan və münasibətlər dağıdıcı və yaradıcı olmaqla iki yerə ayrılır. Yaradıcı olanlar bədənimizə və həyatımıza töhfə verdiyi halda, digərləri isə həm bədənimizə, həm də həyatımıza mənfi təsir edərək bizdən bəzi şeyləri alır. Dağıdıcı insanlar bədənimizə və həyat tərzimizə mənfi enerjilər göndərərək, bədənimizdə xəstəliklərin, bədənimizin fiziki qüsurlarının yaranmasına və yerimizdə saymağımıza səbəb olurlar. Beləliklə, artıq çəki almaqla yanaşı, erkən yaşlanma və xəstəliklər də bizi tez tapır. 

Dağıdıcı münasibətlər; zehnin və bədənin inkişafını dayandırır, enerjimizi azaldır. Davamlı olaraq fikirlərimizin qarışmasına yol açaraq əsl yolumuzdan çıxmağımıza, stress və panika tutmaları yaşamağımıza səbəb olur. Şüurumuza mənfi təsir göstərir. Hədəflərimizi yox edir, hərəkətlərimizi məhdudlaşdırır, uğursuzluğa və özünə inamın çatışmazlığına yol açır. Ömrümüzü qısaldır. Səni həddindən artıq çox sevib, sənin uğrunda həyatını fəda edə bilən insan sənin irəliyə getməyinə və ya artıq çəki almağına istəmədən də olsa təsir göstərə bilər. İnsanın həm yaradıcı, həm də dağıdıcı təsiri çox güclüdür. İnsanın digər insana dağıdıcı təsiri bəzən şüurlu, bəzən də şüursuz olaraq baş verir. Bu dağıdıcı təsirin şüurlu və ya şüursuz olması vacib deyil, vacib olan sənin bu fərqində olmağındır.

Şüur, aləmlərdə dövran edir, gələndə bədənin şəklini alır, gedəndə isə bədənini yox edir. Şüur tarla kimidir, nə əkirsənsə, onun da meyvəsini verir. Yaradıcı düşüncələr əksən, bədənində pozitiv duyğular, gözəl davranışlar yaranar. Dağıdıcı düşüncələr əksən, neqativ duyğular və dağıdıcı davranışlar əmələ gələr.

İnancının tərkibinin yaradıcı və ya dağıdıcı olması mühüm deyil, nəyə inanırsansa, o da həqiqət olur! Yaradıcıdırsa yaradıcı, dağıdıcıdırsa dağıdıcı nəticələr alırsan.

 

Düşüncələrimizin həyatımızda təsiri

 

Dağıdıcı düşüncələr əvəzinə yaradıcı düşüncələrinə diqqət yetirəndə duyğuların da dəyişir. Dağıdıcı və yaradıcı düşüncələr eyni düşüncənin iki zidd qütbüdür. Bir qütbdən qurtulub digər qütbdə var olmaq istəyirsənsə, diqqətinin istiqamətini həmin tərəfə çevirməlisən. Nəfəslə də dağıdıcı düşüncə və duyğularına nəzarət edə və istiqamətini dəyişdirə bilərsən. Bundan başqa, zehnində yaratdığın təsəvvürlər dağıdıcı düşüncə və duyğularını yaradıcı düşüncə və duyğularına çevirə bilər.

 

Yaradıcı düşünə bilmək və yaradıcı münasibətləri özünə çəkməyin sirri qəlbinə sevgi doldurmaq və sahib olduqlarına şükür etməkdən ibarətdir.

 

Bir nəfər qızıl mədəni olduğunu düşünərək satın aldığı bir dağı aylarla qazır. Qızılı tapmayanda isə enerjisi, inancı, müqaviməti hər ötən gün azalır və nəhayət o, qazma işini dayandırır. Ətrafındakılar “Əbəs yerə tər tökürsən, orada qızıl-filan yoxdur” deyərək, onun səfeh və uğursuz olması düşüncəsini qüvvətləndirir. Dağı zərərinə də olsa, əfəlin birinə satdığı üçün xoşbəxtliyi geri qayıdır. Dağın yeni sahibi, əlinə aldığı qazma bellə işə başlayır, ilk gün vurduğu bir neçə qazma vasitəsilə sonra ölkənin ən böyük qızıl yatağı xəttini kəşf edir. Təcrübələrin və ətraf mühitin dağıdıcı təlqinləri ucbatından düşüncəndən imtina etsən, onda dünyanın ən yaxşı üsulu da səni dəyişdirə bilməyəcək.

Dağıdıcı duyğu və düşüncələrin sağlamlığa olan mənfi təsirləri ortadadır. Bəs yaradıcı duyğu və düşüncələrdə müsbət təsirlər baş verirmi? Elm adamları buna “bəli” cavabını verir. Zehnin gücü xəstəliklərin müalicəsində istifadə oluna bilər! Beyin zehnin gücü ilə bədəndəki pozulmaları aradan qaldıra bilər.
 

Rəyinizi yazın:
✓ Düzgündür

Rəylər


Həmçinin bax:

Həmçinin bax:

Qalxanvari vəz xəstəliyimə qalib gəldim və 56 bədən ölçüsündən 38 bədən ölçüsünə düşdüm Qalxanvari vəz xəstəliyimə qalib gəldim və 56 bədən ölçüsündən 38 bədən ölçüsünə düşdüm

İdeal bədəndə olmağı xəyal edən xanımlar və bəylər! Hər biriniz bunu gerçəkləşdirə bilərsiniz. Nəyi həyatınızda görmək istəyirsinizsə ona can atın, tez-tez ideal bədəni və sağlamlığınızı dilə gətirin, bu haqda düşünün. Nəyi yaşam ...

Artıq çəkidan əlavə, miqren, bulimiya və psixosomatik xəstəliklərdən azad oldum! Artıq çəkidan əlavə, miqren, bulimiya və psixosomatik xəstəliklərdən azad oldum!

Ən əsası məni narahat edən psixosomatik xəstəliklərimdən azad oldum. Kitab sayəsində kindən, nifrətdən, neqativ düşüncələrdən uzaqlaşdım. Mən bu metodla tanış olanadək, bədənimin dəyərinin fərqinə varmırdım. Metodla tanış olmazdan ...

4 ay ərzində neyro-arıqlama vasitəsilə necə 20 kq arıqladı? 4 ay ərzində neyro-arıqlama vasitəsilə necə 20 kq arıqladı?

Artıq çəkilərimdən azad oldum, 4ay ərzində 20kq çəki itirmişəm.Bu mənim üçün inanılmaz nəticə idi! Özü də pəhrizsiz, heç bir qadağa olmadan ...

3 ay ərzində 17 kq çəkini atıb, artıq başqa insan olmuşam 3 ay ərzində 17 kq çəkini atıb, artıq başqa insan olmuşam

Metoda ilk başladığım vaxtlar nəticələrə baxıb tez-tez psixoloquma yazırdım, suallar verirdim. Onların necə arıqladığını, nə etdiyini, düşüncələrini necə dəyişdiklərini öyrənməyə çalışırdım və bu mənə möcüzəvi bir şey kimi gəlirdi ...

Mən bacardım! 46 bədən ölçüsündən 38 bədən ölçüsünə qədər incəldim Mən bacardım! 46 bədən ölçüsündən 38 bədən ölçüsünə qədər incəldim

Artıq çəkilərimdən yalnız Deniz Egece Qalıcı Arıqlama metodu vasitəsilə qurtulacağıma inandım və başladım. O qədər inamla başladım ki, 3-4 gün ərzində şüuraltım dəyişməyə başladı, yeni inancları və təlqinləri qəbul etdi. Düşüncələ ...

Onlayn təlimlə möhtəşəm nəticə Onlayn təlimlə möhtəşəm nəticə

Bu səbəbdən də Egece Sağlamlıq və Təlim Mərkəzinə üz tutdum. Orda mənə düşərgə barədə məlumat verdilər, Konyada yaşamağım və övladımın təhsili səbəbilə düşərgəyə qatıla bilmədim. Bu zaman mənə başqa alternativ seçimimin də olduğun ...

Xəstə və kök bədənim keçmişdə qaldı Xəstə və kök bədənim keçmişdə qaldı

Bu metod mənim psixoloji vəziyyətimi də çox dəyişdi. Qidalanmaya qarşı düşüncələrim çox dəyişib; pəhriz saxlamıram, lakin yalnız ehtiyac hiss edəndə yeyirəm. İdmanla da məşğul olmuram hazırda, lakin hərəkət miqdarım artıb. Əvvəl ç ...

Təranə İsmayılovanın 20 kq Arıqlama Hekayəsi Təranə İsmayılovanın 20 kq Arıqlama Hekayəsi

Bəzən olur ki, sevdiyim yeməyi artıq yeyirəm, qorxmuram yediyimdən, o zaman da artıq hərəkət etməyə çalışıram. İdman zalına getməyə heç vaxtım yoxdur, sadəcə evdə öz işimi görürəm. Beynimdəki dəyişiklik hər gün daha da artır. Bəzə ...

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • *0021
  • www.denizegece.az