21 ölümcül pəhriz

2020/02/10 193

21 ölümcül pəhriz

 

Mövzu artıq çəkilərdən azad olmağa gəldikdə insanın gözü çönür və zərərli olsa belə qəribə yollara əl atır. Artıq çəkilərdən azad olmaq istəyərək əl atdığınız yollar bəzən sağlamlığa ciddi zərər vura bilər. 

 

21. Göz doyuran pəhriz 

 

21 ölümcül pəhriz

 

Əslində bu pəhrizin adı ingilis dilində “Air Diet” olaraq qeyd olunur. Bu metod, əsasən Fransa da məşhurdur və əyləncəli formada ac qalmaqdan ibarətdir. Əslində çox vaxt insanlar deyir “Süfrəni hazırlayana qədər doydum”. Bu pəhriz də məhz bundan ibarətdir: yemək yeyəcəkmiş kimi yemək bişirib süfrəni salırsınız, lakin artıq doymuş kimi heç bir şey yemirsiniz. Bu pəhrizi siyahının ən zərərsizi adlandıra bilərik. 

 

20. İnsulin

 

21 ölümcül pəhriz

 

İnsulin müalicəsi şəkərli diabetdən əziyyət çəkən insanlara tətbiq olunur və bədəndəki karbohidrat səviyyəsini balanslaşdırır. Bununla yanaşı da bədəndəki yağ nisbətini azaldır. Sadəcə çəki atmaq məqsədilə istifadə olunarsa şəkər olmayan insanda da şəkərli diabet xəstəliyi yarada bilər. 

 

19. Alma ilə Qəhvə

 

21 ölümcül pəhriz

 

Adından da bəlli olduğu kimi bu pəhrizdə alma və qəhvədən istədiyiniz qədər yeyib və içə bilərsiniz, lakin başqa hər şey qadağandır. Qəhvənin sidik qovucu bir funksiyası olduğu doğrudur, lakin sadəcə alma və qəhvə ilə aparılan pəhrizin uğurlu nəticələnəcəyi inandırıcı deyil.

 

18. Arıqlama kəməri

 

21 ölümcül pəhriz

 

Çox güman ki, qarşınıza çıxıb bu tip kəmərlər və ya ətrafınızda istifadə edənlərə rast gəlmisiniz. Qarın hissəsi üçün nəzərdə tutulmuş bu kəmər istifadə olunan nahiyəni tərlədir. Bu metod, şiddətli dehidratasiya, ürək bulantısı və hətta hərarətə belə səbəb ola bilər. 

 

17. Yatmış gözəl pəhrizi

 

21 ölümcül pəhriz

 

Bu pəhriz növünü “gözəllik yuxusu” da adlandırmaq olar. İndiyə qədər sıraladığımız arıqlama üsullarından ən təhlükəlisi kimi görünür. Gün ərzində ac olduğunuz və qarşınıza çıxan hər bir şeyi yemək həddinə gəldiyiniz an yuxu dərmanı içib dərin bir yuxuya gedirsiniz və pəhrizin tətbiqinə davam edirsiniz.  

 

16. Arı propolisi 

 

21 ölümcül pəhriz

 

Arı propolisinin bədəndəki yağ nisbətini azaltdığı barədə məlumat yayılıb, lakin bu elmi təsdiqlənməyib. Hətta həkim nəzarəti olmadan istifadə olunarsa orqanizmdə allergik reaksiyaya səbəb ola bilər. 

 

15. Uşaq yeməyi

 

21 ölümcül pəhriz

 

Çox gülməli səslənə bilər, çəki atmaq üçün də uşaq yeməyi yemək olar heç? Lakin bu pəhrizi tətbiq edənlərin sayı heç də az deyil. Bir qab uşaq yeməyi yediyinizdə aldığınız kalori miqdarı 20-100 arasında dəyişir. Lakin yetişkin insan üçün uşaq yeməyinin qida dəyərləri kifayət etməyə bilər və orqanizmin balansı pozula bilər.

 

14. Dərmanlar

 

21 ölümcül pəhriz

 

Çəki atmaq üçün dərmandan istifadə etmək hər kəsə tanış bir metoddur. Lakin bu üsuldan istifadə edən insanlar heç vaxt tam istədikləri nəticəni əldə edə bilməyiblər, bundan da savayı bu metod bir çox xəstəliklərə səbəb olur. Həmçinin, bu növ dərmanlar istifadəçidə asılılıq yaradır. 

 

13. İfrat dərəcədə spirtli içki qəbulu

 

21 ölümcül pəhriz

 

Həddindən artıq spirtli içki istifadə edərək çəki atmağın sağlamlığa zərər olduğunu deməyə ehtiyac yoxdur. İçki içərkən yemək yemə istəyi azalır, lakin bu sağlamlığda ciddi problemlər yaradır. 

 

12. Jelibon pəhrizi

 

21 ölümcül pəhriz

 

Bu metodu ilk kim icad edib bilinmir. Uzun müddət çox saqqız çeynəməklə çəki atıla biləcəyi doğrudur, lakin jelibon yeyərək çəki atmaq məntiqsiz bir metoddur. 

 

11. Kələm şorbası pəhrizi

 

21 ölümcül pəhriz

 

Kələm şorbası ilə arıqlamaq metodu keçən əsrin 90-cı illərində tətbiq olunmağa başladı. Sadəcə kələm şorbası ilə qidalanan bir şəxs gün ərzində 2000-dən az kalori alır, bu da çəki atmağa səbəb ola bilər, lakin bu səbəbdən də insan gün ərzində enerjisiz olur.  

 

10. İpeka pəhrizi

 

21 ölümcül pəhriz

 

 Cənubi Amerikada yaranan, qusmağa səbəb olan ipeka daha çox tibdə istifadə olunan bir maddədir. Əməliyyat öncəsi xəstələrin mədələrini boşaltmaq məqsədilə istifadə olunan bir preparatdır. Çəki atmaq məqsədli istifadə olunarsa sağlamlığa ciddi zərər vura bilər. 

 

9. Korset

 

21 ölümcül pəhriz

 

Uzun müddət korsetdən istifadə etmək bel hissəsini incəldir, lakin sağlamlıq baxımından bu uyğun bir üsul deyil. Qarın və bel hissəsində təzyiq göstərildiyindən daxili orqanlara zərər verə bilər.

 

8. Zondla qidalanmaq

 

21 ölümcül pəhriz

 

Psixiatrik xəstəxanalarda yemək yeməyə müqavimət göstərən xəstələr üçün istifadə olunan bir üsuldur: burun dəliyindən mədəyə zond vasitəsilə az miqdarda sulu qida maddələri göndərilir. Bu üsuldan ev şəraitində istifadə etmək mümkün deyil, faydası da yoxdur.

 

7. Sidik inyeksiyaları

 

21 ölümcül pəhriz

 

Bu metodun nə qədər də iyrənc olduğunu düşünsəniz də, istfidadə edənlər var, çünkü yağ yandırıcı xüsusiyyəti olduğu deyilir. 

 

6. Qaşıq pəhrizi

 

21 ölümcül pəhriz

 

Bu pəhrizin tətbiqi dövründə sadəcə qaşıq ilə yeyilə biləcək yeməklərdən istifadə olunur, bunlara, şorba, qatıq kimi qidalar daxildir. 

 

5. Ana Boot Camp 

 

21 ölümcül pəhriz

 

Siyahıdan sıraladığımız metodlar arasında ən təhlükəlisi ana boot camp pəhrizidir. Kəskin pəhriz sayılan bu metod çərçivəsində siz, ən çox 500 kalorilik qidalar qəbul edə bilərsiniz. Bu pəhriz infarkt, orqan çatışmazlığı və hətta ölümə də səbəb ola bilər. 

 

4. Mədə əməliyyatı

 

21 ölümcül pəhriz

 

Son zamanlar çox tez-tez eşidilən bir metoddur. Bu metodla ölüm təhlükəsi olan, piylənmədən əziyyət çəkən insanların artıq çəkilərinin 40-60%-dən azad olmaq olur. Davamında da həkim nəzarəti altında xüsusi pəhriz proqramı və fiziki çalışmalar edilməlidir. Lazımi diqqət göstərilmədiyində sağlamlıqda ciddi problemlər yarada bilər. 

 

3. Pambıq pəhrizi

 

21 ölümcül pəhriz

 

Bu arıqlama metodunda pambığı suya və ya meyvə şirəsinə batırıb yeyirsiniz, öz-özlüyündə şüuru aldatmaq üsuludur. Bu metod da təhlükəlilər sırasındadır və bəzi insanlarda ölümlə belə nəticələnə bilər. 

 

2. Bağırsaq qurdu pəhrizi

 

21 ölümcül pəhriz

 

Bu arıqlama üsulunda bağırsaq qurdu yumurtası yeməklə bağırsaqda yetişməyə icazə verilən bağırsaq qurdu çəki atmağa səbəb olur. Lakin bu çox təhlükəlidir, çünki bəzən bağırsaqda qalmış qurdlar sağlamlığa ciddi zərər vura bilər. 

 

1. Dil Yaması pəhrizi

 

21 ölümcül pəhriz

 

Dil yaması pəhrizi Venesuelada tətbiq olunan bir metoddur. İnsanı çox narahat edən bu metodun tətbiqi zamanı yemək yemək mümkünsüz olur, nəticədə də arıqlama prosesi gedir. 

 

Bloqun Paylaşımları


Arıqlamağın qarşısını alan maneələr

Arıqlamağın qarşısını alan maneələr

Arıqlamağın qarşısını alan maneələr

Sevilən qida və qidalanma vərdişlərini itirmək, onlardan ayrılmaq qorxuya səbəb olur. Rahat, monoton, eyni templi həyat tərzindən ...

Mən bacardım! 46 bədən ölçüsündən 38 bədən ölçüsünə qədər incəldim

Mən bacardım! 46 bədən ölçüsündən 38 bədən ölçüsünə qədər incəldim

Mən bacardım! 46 bədən ölçüsündən 38 bədən ölçüsünə qədər incəldim

Artıq çəkilərimdən yalnız Deniz Egece Qalıcı Arıqlama metodu vasitəsilə qurtulacağıma inandım və başladım. O qədər inamla başladım ...

2 ayda onlayn təlimlə 44 ölçüdən 38 ölçüyə qədər incəldi

2 ayda onlayn təlimlə 44 ölçüdən 38 ölçüyə qədər incəldi

2 ayda onlayn təlimlə 44 ölçüdən 38 ölçüyə qədər incəldi

İllərdir çəki problemi yaşayırdım, bir çox fərqli metodlardan istifadə etdim. Digər metodlardakı qadağalarda, məhdudiyyətlərdə həl ...

Qalıcı Arıqlama haqqında Fira Cəlilovanın Deniz Egece ilə müsahibəsi

Qalıcı Arıqlama haqqında Fira Cəlilovanın Deniz Egece ilə müsahibəsi

Qalıcı Arıqlama haqqında Fira Cəlilovanın Deniz Egece ilə müsahibəsi

Arıqlama artıq bir çoxlarımız üçün qlobal problemə çevrilib, bu problem hətta bizi gün boyu stressə salır və depressiyaya səbəb ol ...

4 ay ərzində neyro-arıqlama vasitəsilə necə 20 kq arıqladı?

4 ay ərzində neyro-arıqlama vasitəsilə necə 20 kq arıqladı?

4 ay ərzində neyro-arıqlama vasitəsilə necə 20 kq arıqladı?

Artıq çəkilərimdən azad oldum, 4ay ərzində 20kq çəki itirmişəm.Bu mənim üçün inanılmaz nəticə idi! Özü də pəhrizsiz, heç bir qada ...

Xəstə və kök bədənim keçmişdə qaldı

Xəstə və kök bədənim keçmişdə qaldı

Xəstə və kök bədənim keçmişdə qaldı

Bu metod mənim psixoloji vəziyyətimi də çox dəyişdi. Qidalanmaya qarşı düşüncələrim çox dəyişib; pəhriz saxlamıram, lakin yalnız e ...

Düşüncələrimizin həyatımıza təsiri

Düşüncələrimizin həyatımıza təsiri

Düşüncələrimizin həyatımıza təsiri

Şüur, aləmlərdə dövran edir, gələndə bədənin şəklini alır, gedəndə isə bədənini yox edir. Şüur tarla kimidir, nə əkirsənsə, onun d ...

2 ayda 42 ölçüdən 36 ölçüyə qədər arıqladı

2 ayda 42 ölçüdən 36 ölçüyə qədər arıqladı

2 ayda 42 ölçüdən 36 ölçüyə qədər arıqladı

İlk dəfə Deniz Egece adını Facebookda gördüm, bir neçə videosu çıxdı qarşıma, izlədim və kitabını almaq qərarına gəldim. Kitabı ox ...

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az