Arıqlama dərmanları niyə ölümə səbəb olur?

2019/11/14 450

2018-ci ildə 18 yaşlı qız zəhərlənmə diaqnozu ilə Yevlax rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində vəfat edib. O, evdə arıqlamaq üçün kömür tabletləri qəbul edib.

 

Bəs bu arıqlamaq üçün istifadə edilən dərmanlar hansı fəsadları yaradır?

Bu, birinci hadisə deyil, ümumiyyətlə, illərlə məhz arıqlama dərmanlarının, nəinki dərman, eyni zamanda arıqlama çayların, kokteyllərin zərəri üzündən əziyyət çəkən insanlar çox olur. 

 

Arıqlama dərmanları niyə ölümə səbəb olur?

 

Ölkə xaricində, elə Azərbaycanda da kifayət qədər belə hallara rast gəlmişik. Hətta ən ciddi problemlə üzləşilib ki, burada ölüm faktoru var. Bəzən ölüm faktoru olmasa belə insanlar bu dərmanlarla çox ciddi şəkildə orqanizmlərinə zərər verirlər, illərlə ağır xəstəliklərlə yaşamaq məcburiyyətində qalırlar. Ölüm faktoru olmayanda bu, müzakirə olunmur. Ümumiyyətlə, arıqlama dərmanlarının zərərləri həddən artıq çoxdur. 

Birinci ziyanı narkotik effekt adlı təsirə malik olmasıdır. Yəni insanı asılılıqda saxlayaraq, davamlı olaraq o preparatdan içməsini təmin edir.

İkincisi, ümumiyyətlə, bu preparatları reklam edən şirkətlərin özləri də dəfələrlə deyir ki, dərman iştahanı kəsir. Yəni şərti refleks iştaha simptomunu əngəlləyərək, insanın iştahasını kəsir və o, yeməkdən imtina edir. Nəticə etibari ilə yeməkdən imtina etdiyi üçün təbii ki, arıqlayacaq. İnsan yemək yemirsə, bu, ən ciddi problemdir.

Qidanın ən böyük funksiyası "energetik "funksiyadır ki, biz qidalardan aldığımız enerji nəticəsində gün ərzində ehtiyacımızı ödəyirik. Digər tərəfdən, qidalardan aldığımız vacib maddələrin təsirilə "müdafiəedici" funksiyamız yaranır. Yəni infeksion, iltihab xəstəliklərdən müdafiə olunuruq. Eyni zamanda qidalar tikinti materiallarıdır. Ona görə də qida mütləq qəbul olunmalıdır.

 

Arıqlama dərmanları niyə ölümə səbəb olur?

 

Bir şəkildə əzələ itkisi, yəni orqanizmdə zülal itkisi olur ki, insan ürək-əzələ hüceyrələrinin (kordimiositlərin) distrofiyası, atrofiyası kimi hallar nəticəsində ölümlə rastlaşa bilər. Eyni zamanda burda ani olaraq qanda şəkər aşağı düşə bilər, fəsadlar ortaya çıxa bilər. Yaxud qəflətən təzyiq düşmələri ola bilər.

Həkim bildirib ki, burda əsas faktor odur ki, bu arıqladıcı dərmanlara tibbə məlum olmayan bəzi maddələr də qatılır: "Bütün bunlar mübadilə sistemindən keçmir, bağırsaqlarda toplantı, çöküntü maddələr kimi qala bilir. Bu zaman hətta xərçəng xəstəliyi riski də ortaya çıxır.

Buna görə də insanlar qətiyyən arıqlama adında ikinci yan maddələrə inanmasınlar. Bu arıqlama sözündən sonra gələn istər dərman, istər çay, istər kokteyl, yəni arıqlama vasitəsi qidadan və hərəkətdən başqa heç nə olmamalıdır”.

Diyetoloq bildirib ki, qeyd olunan fəsadların qarşısını almaq üçün, dərman preparatlarından kortəbii istifadənin qarşısını almaq məqsədilə artıq həyəcan təbili çalmaq zamanıdır. 

Bloqun Paylaşımları


Deniz Egece ilə müsahibə (2-ci hissə) – Leyla Sarabi

Deniz Egece ilə müsahibə (2-ci hissə) – Leyla Sarabi

Deniz Egece ilə müsahibə (2-ci hissə) – Leyla Sarabi

- Deniz bəy, yazdığınız kitabların hamısında qalıcı ideal çəkinin mümkünlüyündən bəhs edirsiniz. Elə bu məqamdan başlayaq... - ...

Onlayn təlimlə möhtəşəm nəticə

Onlayn təlimlə möhtəşəm nəticə

Onlayn təlimlə möhtəşəm nəticə

Bu səbəbdən də Egece Sağlamlıq və Təlim Mərkəzinə üz tutdum. Orda mənə düşərgə barədə məlumat verdilər, Konyada yaşamağım və övlad ...

Qalxanvari vəz xəstəliyimə qalib gəldim və 56 bədən ölçüsündən 38 bədən ölçüsünə düşdüm

Qalxanvari vəz xəstəliyimə qalib gəldim və 56 bədən ölçüsündən 38 bədən ölçüsünə düşdüm

Qalxanvari vəz xəstəliyimə qalib gəldim və 56 bədən ölçüsündən 38 bədən ölçüsünə düşdüm

İdeal bədəndə olmağı xəyal edən xanımlar və bəylər! Hər biriniz bunu gerçəkləşdirə bilərsiniz. Nəyi həyatınızda görmək istəyirsin ...

Qadağaların mənfi təsirləri

Qadağaların mənfi təsirləri

Qadağaların mənfi təsirləri

Qadağa, bir işin görülməsinə qarşı olan, icra edilməməsi tələb olunan bir anlayışdır. Şüurumuzun ehtiyacı olan nəfəs, su, yuxu, se ...

Tez-tez verilən suallar (65-75)

Tez-tez verilən suallar (65-75)

Tez-tez verilən suallar (65-75)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 s ...

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az