Məşhurların reklam etdikləri arıqlama çayının ölümcül təsirləri aşkarlanıb

2019/11/11 520

Son illər dünyada virus kimi yayılmış arıqlama istəyi bir çox işbazların cibini qabartdı. İdmana tənbəllik edən, pəhrizlərə iradəsi və səbri çatmayanlar reklamlarda az qala möcüzəli təsir vasitəsi kimi təqdim edilən dərmanlara, xüsusi çaylara, qəhvələrə, bioloji aktiv maddələrə üz tutur, onlar vasitəsilə çox sürətlə arıqlamaq istəyirlər. Satıcı hər nə qədər “zərərsizdir” desə də istifadə edənlərin də ürəyində şübhələr qalır.

Son günlər müxtəlif sosial şəbəkələrdə məşhur simaların reklam etdikləri arıqlma çayları barədə çox danışılır.

İki gün öncə məhsullarını Gülbən Ərgən, Seda Sayan, Ece Erken, Deniz Akkaya, Hande Yener, Gonca Vuslateri, Yeliz Yeşilmen və Ebru Yaşar kimi məşhurların reklam etdiyi “Teff Tohumlu Çay” arıqlama çayının əslində qanunsuz laboratoriyalarda kimyəvi maddələrdən hazırlandığı və ölümcül təsirlərə malik olduğu üzə çıxıb. İstanbul polisinin keçirdiyi əməliyyat nəticəsində bu çayların istehsalı və satışı ilə məşğul olan qrup ələ keçirilib.

 

Məşhurların reklam etdikləri arıqlama çayının ölümcül təsirləri aşkarlanıb

 

6 ay ərzində qrupu izləyən polis müştəri adı ilə həmin məhsulları alaraq İstanbul II Qida Kontrol Laboratoriyasında analiz etdirib. Nəticələr göstərib ki, içdikdən sonra iştahı kəsən və arıqladan bu çay məhsullarının tərkibində psixiatrların bəzi xəstəliklərin müalicəsi zamanı tətbiq etdikləri yüksək dozada qəbul edildikdə ürək-damar sistemində problemlər yaradan “Sibutramin”, “Sildenafil”, diabetin müalicəsində tətbiq olunan “Metformin”, psixoloji problemlərə səbəb olan “Fuluoksetin”, həmçinin, ağrıkəsici təsirə malik “Parasetamol” maddəsi olduğu aşkarlanıb.

Çox zaman ishal yaradan çaylardan istifadə bağırsaqların təbii mikroflorasını pozur, müxtəlif çatlar yaradır ki, bu fəsadı da ancaq cərrahi yolla aradan qaldırmaq lazım gəlir. Belə çaylar bağırsağın təbii inkişafına mane olur, tənbəllik yaradır. Bir müddətdən sonra istifadə edən şəxsdə ağır qəbizlik və ya qarşısı alınmaz ishal xəstəliyi də yarana bilər.

Ümumiyyətlə, tibdə müalicə vasitəsi kimi preparatlar iki yerə bölünür – medikamentlər yəni dərmanlar və bioloji aktiv maddələr. Dərmanlar uzun illər sınaqdan keçirilir, satışa buraxılana qədər həm heyvanlar, həm də könüllü insanlar üzərində sınanılır. Həkim dərmanı yazanda faydasını da bilir, əks təsirini də. O ki qaldı çaylara, bioloji aktiv maddələrə, onlar ətraflı öyrənilməyiblər. Tədqiqatlar aparılmayıb. Tibdə arıqlamaq üçün kimyəvi sınaqlardan keçmiş dərmanlardan biri olaraq “Ksenikal” preparatından istifadə olunur. Endokrin problemləri ağır piylənməsi olan insanlara yazılır. Lakin bu dərmanın yan təsiri olaraq bildirilir ki, gələcəkdə yoğun bağırsaqda xərçəng əmələ gətirə bilər. Yəni, söhbət tibdə icazə verilmiş dərmandan gedir. Ona görə çaylara ehtiyatla yanaşmaq lazım gəlir. Bəli arıqlada bilirlər. Lakin bu tam sağlam şəkildə həyata keçirilirmi? Yox. Qalıcı nəticə verirmi? O da yox. Çünki dərmanların belə yan təsiri varsa arıqlamaq üçün nəzərdə tutulan bu preparatların da mütləq zərəri vardır.

 

Məşhurların reklam etdikləri arıqlama çayının ölümcül təsirləri aşkarlanıb

 

Mütəxəssislərin ümumi rəyi budur ki, tez bir zamanda arıqlamaq istəyi insan orqanizmində ciddi fəsadlar törədir. Bədən çəkisinin 30 faizinin itirilməsi insanlarda hətta bərpası mümkün olmayan psixoloji dəyişikliklərə də səbəb olur. Arıqlama dərmanları orqanizmdə duz mübadiləsini pozaraq uzun müddət ishal yaradır, bağırsaqdan sovrulmanın qarşısını alır. Qəbul olunan qidanın həzminə imkan verməyən və bağırsaqişlədici kimi istifadə olunan preparatlar bədəndə çox su itkisinə səbəb olur. 

Orqanizm çəki itirdikcə bu prosesə ilk olaraq depolaşmış piylər sərf olunur. Bununla yanaşı, bədəndə zülal istehsalı azalır. Amin turşuların, zülalların kənardan daxil olmaması zülal tərkibini azaldır və orqanizmdə distrofik proseslər baş verir. Bu proseslərin çoxu geridönməz hal alır. Nəticədə orqanizm çox ciddi bir durumla üz-üzə qalır. Bunları sonradan bərpa etmək çətinləşir. Bu proseslər nəticəsində bədəndə daxili orqanların sallanması halları baş verir. 

Həyat hərəkət üzərində qurulub. Sadəcə tənbəlliyin daşını atıb aktiv həyat şəklinə keçməklə həm ruhumuza, həm bədənimizə sağlamlıq və gözəllik bəxş etmiş olarıq.
 

Bloqun Paylaşımları


Elşad Seyfullayevin hekayəsi

Elşad Seyfullayevin hekayəsi

Elşad Seyfullayevin hekayəsi

Mən – Elşad Seyfullayev, 35 yaşım var, Bakıda yaşayıram. Bizim ailədə hamı - anam, bacım, yoldaşım kökdürlər. Mən özüm də həmişə k ...

Deniz Egece ilə müsahibə (2-ci hissə) – Leyla Sarabi

Deniz Egece ilə müsahibə (2-ci hissə) – Leyla Sarabi

Deniz Egece ilə müsahibə (2-ci hissə) – Leyla Sarabi

- Deniz bəy, yazdığınız kitabların hamısında qalıcı ideal çəkinin mümkünlüyündən bəhs edirsiniz. Elə bu məqamdan başlayaq... - ...

Emosional aclıq nədir?

Emosional aclıq nədir?

Emosional aclıq nədir?

Zehni qidalanma və fiziki qidalanma arasında çox kəskin bir fərq var. Zehin eqonun yaratdığı səbəblərlə qidalanır, bədən isə sadə ...

Xəstə və kök bədənim keçmişdə qaldı

Xəstə və kök bədənim keçmişdə qaldı

Xəstə və kök bədənim keçmişdə qaldı

Bu metod mənim psixoloji vəziyyətimi də çox dəyişdi. Qidalanmaya qarşı düşüncələrim çox dəyişib; pəhriz saxlamıram, lakin yalnız e ...

Qidalanmada miqdarın əhəmiyyəti

Qidalanmada miqdarın əhəmiyyəti

Qidalanmada miqdarın əhəmiyyəti

Təbiətin yağışına pis deyə bilmərik, yağışın miqdarı fayda və ya zərər verər. Küləyə də pis deyə bilmərik, yetərli miqdarda olduqd ...

Düşüncələrimizin həyatımıza təsiri

Düşüncələrimizin həyatımıza təsiri

Düşüncələrimizin həyatımıza təsiri

Şüur, aləmlərdə dövran edir, gələndə bədənin şəklini alır, gedəndə isə bədənini yox edir. Şüur tarla kimidir, nə əkirsənsə, onun d ...

Onlayn təlimlə möhtəşəm nəticə

Onlayn təlimlə möhtəşəm nəticə

Onlayn təlimlə möhtəşəm nəticə

Bu səbəbdən də Egece Sağlamlıq və Təlim Mərkəzinə üz tutdum. Orda mənə düşərgə barədə məlumat verdilər, Konyada yaşamağım və övlad ...

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az