Azərbaycan əhalisində piylənmə artır

2019/11/02 353

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar arasında piylənmənin sayı artmaqdadır. 2014-cü il üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Azərbaycanda yetkin əhalinin təxminən 33% piylənmə və artıq çəkidən əziyyət çəkir.

Ən ciddi məqam piylənmənin uşaqlar arasında artmasıdır. Bu, əsasən, qidalanma faktoru ilə əlaqəlidir. Qida sənayesinin dəyişməsi, qeyri-sağlam qidalanma, oturaq həyat tərzi, passivlik və digər tibbi problemlərin də piylənmənin yaranmasında rolu var Piylənmə ilə mübarizə aparmaq üçün qida və fiziki aktivliyə kompleks şəkildə nəzarət etmək lazımdır.

Piylənmədən əziyyət çəkən insanlar vərdişlərini dəyişməlidirlər. Sağlamlıq üçün bu, vacib faktordur. Qida, həyat tərzi, yuxu, fiziki aktivlik, vərdişlər dəyişmədikcə piylənmənin qarşısını almaq mümkün deyil”.

 

Azərbaycan əhalisində piylənmə artır

 

Bu temp davam edərsə, ildən-ilə proqnozlar daha da acınacaqlı olur. 2030-cu ildə artıq Yer kürəsinin əhalisinin yarısı artıq çəkidən və piylənmədən əziyyət çəkəcək.

Bizim qeyri-ixtiyari təkrarladığımız hərəkətlər vərdiş adlanır ki, bu, müəyyən qaydada qidalanmadır. Yuxu vərdişi burada önəmli rol oynayır, gecə saat 00:00-01:00-dan sonra yatanlarda piylənməyə meyil artır.

Bunların hamısının daha sağlam vərdişlərlə dəyişilməsini birgə tətbiq etməklə, biz müsbət nəticələr əldə edə bilərik”.

Türkiyədə də professor Mehmet Mahir maraqlı araşdırma aparıb. Professor araşdırıb ki, insanları öldürən zərərli maddələrdən biri siqaretdirsə, ikincisi piylənmədir. Hətta piylənmədən ölənlərin sayının yol qəzalarında ölənlərdən çox olduğunu deyən həkim "özünüzü artıq çəkidən qoruyun" deyə xəbərdarlıq edib. Türkiyədə ildə 18 min nəfərədək insan mədəkiçiltmə əməliyyatı etdirir. Türkiyə əhalisinin 2.9 faizi, yəni 80 milyonluq əhalinin 2.4 milyonu artıq çəkidən əziyyət çəkir.

Bloqun Paylaşımları


Deniz Egece ilə müsahibə (1-ci hissə) – Leyla Sarabi

Deniz Egece ilə müsahibə (1-ci hissə) – Leyla Sarabi

Deniz Egece ilə müsahibə (1-ci hissə) – Leyla Sarabi

Mən övladlığa verilmiş uşaq olmuşam. Buna görə də çox psixoloji problemlər yaşamışam. Hətta o həddə çatmışdım ki, çəkim 160 kilo o ...

Qadağaların mənfi təsirləri

Qadağaların mənfi təsirləri

Qadağaların mənfi təsirləri

Qadağa, bir işin görülməsinə qarşı olan, icra edilməməsi tələb olunan bir anlayışdır. Şüurumuzun ehtiyacı olan nəfəs, su, yuxu, se ...

Tez-tez verilən suallar (76-86)

Tez-tez verilən suallar (76-86)

Tez-tez verilən suallar (76-86)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 s ...

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az