Qidalanma ilə bağlı suallar
Qidalanma ilə bağlı suallar

Qidalanma ilə bağlı suallar

2020/06/18 479

Gecələr durub yemək yeyirəm, yemək iştahamı dayandıra bilmirəm, nə etməliyəm?

Gecə qida qəbul etmək halı tamamilə emosional aclığın yatızdırılması üçündür və vərdişə çevrilmiş bir vəziyyətdir. Bunu zehni çalışmalar, Düşüncə fasilələri ilə həll etmək olar. Qidalanma haqqındakı məlumatlarınız və gecə qida qəbul etmək vərdişiniz ilə üzləşdiyinizdə, bu hal aradan qalxar. Lakin qidalanmanın saatı və çeşidi sizin çəki almağınıza səbəb olmaz. Artıq çəkilərinizin səbəbi yalnız hərəkətsizlik miqdarının yetərli olmamağıdır.   

 

Qidalanma ilə bağlı suallar

 

Qida və ya digər asılılıqlarımdan necə azad ola bilərəm?

Asılılıqlar qida və ya maddənin gücündən qaynaqlanmır. İnsanın qida və ya maddə haqqında şüuraltındakı müsbət inancı və marağı miqdarından qaynaqlanır. Bu tamamilə beyinlə əlaqəli bir problemdir. Asılılıq nəyinsə tərəfdarı olmağından qaynaqlanır. Asılılığın həlli fərqindəlik qazanmaqdır və asılı olduğunuz maddə, insan və ya hadisə ilə üzləşdiyinizdə asılılığın təsirindən azad olarsınız. Asılı olduğunuz qidalara qadağa qoyaraq, məhdudlaşdıraraq, onlara olan asılılığınızı daha da artırmış olarsınız. Təlimlə qalıcı arıqlama metodunun köməyi ilə hər kəs istənilən növ asılılıqdan azad ola bilər. 

 

Qidalanma ilə bağlı suallar

 

Mənəvi və ya emosional aclığımı yemək ilə yatızdırıram. Kədərləndiyimdə də, sevindiyimdə də özümü soyuducunun önündə tapıram. Hər növ hislərimi qida qəbul etməklə yaşayıram, özümə mane ola bilmirəm. Əsəb, aqressiya və kədər yaşadıqdan sonra yemək yeməyə başlayıram, nə edə bilərəm?

Yaşadığımız hislər fikirlərimizdən, düşüncələrimizdən ortaya çıxan bir nəticədir. Hisləri idarə edə bilməyi və ya düşüncələri dəyişdirməyi öyrənməliyik ki, mənfi düşüncələr həyatımıza və bədənimizə də mənfi təsir göstərməsinlər. Qidalanma ilə əlaqələndirilən bu halları neytrallaşdırmaq üçün onlarla üzləşmək lazımdır. Keçmişdə yaşadığınız negativ halları və insanları bağışlamalısınız. Bu metod hisləri idarə etməyi, mənfi düşüncələri müsbət düşüncələrlə və yanlış inancları doğru inanclarla əvəz etməyi öyrədir. 

 

Qidalanma ilə bağlı suallar

 

Ömrümün sonuna qədər yumruğum qədər yeyəcəm?

Xeyr, bu sadəcə qidalanma miqdarının, bədənin təbiətinə uyğun olan bir qida qəbulu həcmidir. Məqsəd şüuraltında qida qəbulu miqdarının bədən təbiətinə uyğun olan həcmi haqqında məlumatı düzgün öyrətməkdir. Yəni, insanın təbii bədən və mədəsinin quruluşunun belə olduğu, bir qida qəbulunda yumruğu qədər qidalanmasının onun bədəninin doymağı üçün yetərli miqdar olduğu öyrədilməlidir, bu da şüuraltında qida qəbulu haqqında olan məlumatların dəqiqləşməyinə səbəb olur. Siz qida çeşidində özünüzə heç bir qadağa qoymayacaqsınız. Lakin bir müddət sonra qeyri-ixtiyari şəkildə, bədəninizin ehtiyacı olan yumruq qədər qida qəbul etdiyinizdə zehniniz də doyduğunuzu anlayacaq. Çəki atma prosesində də bu məlumata əsasən hərəkət olunarsa, insan istədiyi çeşiddə, heç bir qadağa olmadan yemək yeyə bilməyini təmin edər. Bu da, çəki və qidalanmaya qarşı olan həssaslıq və bağlılığın bitməyinə gətirib çıxaracaq. Bu məlumatlar öyrənildiyində, şüuraltı artıq yemək miqdarını qəbul etməkdə çətinlik çəkəcək. Bu bir pəhriz deyil, məhdudlaşdırma deyil, sadəcə mədənin təbii həcminin şüuraltı tərəfindən öyrədilməyidir.

 

Qidalanma ilə bağlı suallar

 

Hər şeyi yeyib, içərək necə çəki atacağımı başa düşmədim?

Çəki atmağa səbəb olan hərəkətdir, almağa səbəb olan isə hərəkətsizlik. Hər şeyi yeməyinizin sərbəst olmağı, yemək asılılığının azalmasına gətirib çıxarır. Qida məhsullarını zərərli və ya faydalı, karolili və ya kalorisiz, çəki aldıran və ya verdirənlər kimi ayırdığımızda, qidaların həddindən artıq yeyilməyinə səbəb oluruq. Beynimizdə qidaları bu qədər böyütmək yerinə, gücümüzü artırmalıyıq. Bununla yanaşı, heç bir qida çeşidinin çəki aldırdığına və ya atdırdığına dair elmi əsas yoxdur. Lakin qida miqdarı həddindən artıq qida qəbuluna səbəb ola bilər. Artıq çəkiyə səbəb olan enerji sərfiyyatının az olmasıdır, hərəkətsizlikdir. Artıq çəkilərinizdən qidalanma çeşidini azaldaraq deyil, hərəkət miqdarını artıraraq azad ola bilərsiniz. 

 

Qidalanma ilə bağlı suallar

 

Mənim işimdə gecə növbələri olur, gündüz yatıram, gecə isə yeyirəm, nə etməliyəm?

Günün hansı saatında qida qəbul etdiyinizin bir mənası yoxdur, bədən 24 saat yaşayır və heç dayanmır. Gecə yemək yeməyin çəki almağınıza səbəb deyil və ona təsir etmir. Çəki aldıran yemək və hərəkət balansının normada olmamasıdır. Gecə iş yerində və ya gündüz hərəkət miqdarı mütləq artırılmalıdır. Ya da iş yerində daha çox güc tələb edən işlər görülməlidir ki, aldığınız enerjidən daha artığını sərf edəsiniz. 

 

Qidalanma ilə bağlı suallar

 

Çox məşğulam, yemək bişirə bilmirəm, daim hazır yeməklər yeyirəm, bundanmı  qaynaqlanır və ya belə qidalanarsam necə həll edəcəm problemi?

Yeməklərin çeşidi deyil, miqdarı çəki almaq üçün təhlükəlidir. Lakin hərəkət miqdarı da yüksəkdirsə, təhlükə yoxdur. Məsələn gündə 1000 kalorilik qida qəbul etsəniz və 800 kalorilik hərəkət etsəniz çəki alacaqsınız. Lakin 5000 kalorilik qida qəbul edib, 6000 kalorilik enerji sərf etsəniz, çəki atacaqsınız. Hazır qida, fastfood ya da ev yeməkləri kimi fərqli çeşidli qidalar çəki almağa səbəb olmaz, onların miqdarı təsir göstərər, lakin o miqdardan daha artıq hərəkət olunduqda, o təsir də itər.

 

Qidalanma ilə bağlı suallar

 

Biz, yerli mətbəximizin yeməklərini ailə olaraq çox sevirik, bu səbəbdən də ətrafımın mənə təsiri çox olur. 

Sizin bölgədə heç 1 nəfər də arıq insan yoxdur? Təbii ki, var. Demək ki, bu yeməklərdən qaynaqlanmır. Həmin insanlar da yerli mətbəxin yeməkləri ilə qidalanırlar, lakin aranızdakı fərq, o, çəki almayan insanların hərəkətli həyat tərzi yaşamaqlarıdır. Yalnız qidalanma çeşidi heç bir şəkildə artıq çəkiyə səbəb ola bilməz. Sizin ehtiyac duyduğunuzdan artıq qidalanmağınız və az miqdarda hərəkət etməyiniz bədən quruluşunuzun korlanmağına gətirib çıxara bilər. 

 

Qidalanma ilə bağlı suallar

 

Niyə ehtiyacım olmadığı halda qidalanıram?

-    Bədəndəki yığıntı olan artıq yağların yüklərini daşıya bilmək üçün.
-    Yağların mövcudluğunu davam etdirməyə görə daha artıq qidalanmaq.
-    Artıq çəkidən azal olmaq üçün sərf edilən düşüncəvə duyğuları qidalandırmaq.
-    Qidalarla əlaqələndirilmiş duyğuları təkrarən yaşaya bilmək üçün qidalanmaq.
-    Qidalara simpatiya bəsləyib, çevrəyə sübut etmək üçün qidalanmaq.
-    Keçmişdə yaşanmış dağıdıcı hadisə və insanları yaşatmaq üçün qidalanmaq.
-    Beyindəki yığıntıların davamlılığını təmin etmək üçün qidalanmaq.
-    Sual olaraq cavabsız qalmış düşüncələrə cavab tapmaq üçün qidalanmaq.
-    Dağıdıcı düşüncə və duyğuların bədəni halsız qoymasına görə qidalanmaq.

 

Qidalanma ilə bağlı suallar

 

Bədənin ehtiyacı olmadan qidalanma vərdişləri nələrdir?

-    Bədənin ehtiyacı olmadığı halda, hər gün davamlı olaraq 3 dəfə qidalanmaq.
-    Bədən ac olmadığı halda, hər qida qəbulunda 5 çeşid yemək yemə vərdişi.
-    Standart 3 dəfə qidalanmadan başqa, metabolizmi sürətləndirmək məqsədilə ara qidalardan istifadə etmək. 
-    Qanda şəkərin düşməsi və əl, ayaq titrəməsi nəticəsində qidalanmaq.
-    Xoşbəxtlik və sevinc duyğuları zamanı qidalanmaq.
-    Dağıdıcı duyğu və stressli zamanlarda qidalanmaq.
-    Emosional acığı, duyğularla ödəmək əvəzinə qidalarla ödəmək.
-    Iqtisadi imkanlarla əlaqəli, göstəriş üçün qidalanmaq.
-    Yalnızlıq və sıxıntı zamanı boşluğu doldurmaq üçün qidalanmaq.
-    Ac olmadığı halda, bədən gücsüz və halsız olduğunda qidalanmaq.
-    Meyvə, çərəz, şirniyyat, salat kimi qidaları qidadan saymayaraq qidalanmaq.
-    Bədən yorğun olmadığı halda, şüur yorğunluğuu aradan qaldırmaq üçün qidalanmaq.
-    Ac olmadığı halda, mühitə uyğun olaraq sosiallaşmaq adına qidalanmaq.
-    Qonaqlıqda utandığı üçün qidalanmaq.
-    Başqasının xətrinə dəyməmək və uyğunlaşmaq üçün qidalanmaq.
-    Televizor qarşısında əyləncə olaraq qidalanmaq.
-    Siqaret çəkmək üçün, siqaret altı olaraq qidalanmaq.
-    Ailə, yoldaş, uşaqlarıa birlikdə zaman keçirtmək üçün qidalanmaq.
-    İş iclasları ya da qadınların yığışdığı özəl günlərdə qidalanmaq.
-    Əyləncə günlərində, bədənin ehtiyacı olmadan qidalanmaq.
-    Mütəxəssislərin sağlamlıq təlqinlərinə əsasən, bədənin ehtiyacı olmadan qidalanmaq.
-    Olduğunuz mühit və cəmiyyətdə, başqaları icra edir deyə qidalanmaq.
-    Alkoqol istifadəsi yanında soyuq qəlyanaltılarla qidalanmaq.
-    Bayram, toy, şənlik, ad günü, yeni il kimi özəl məclislərdə qidalanmaq.

 

Qidalanma ilə bağlı suallar

 

İştahımın qarşısını necə ala bilərəm?

İştah qida qəbulu istəyi olaraq adlandırılır. Məlumatların və duyğuların yaratdığı iştah və iştahsızlıq olmaqla 2 növü vardır. Hər ikisi şüur səviyyəsindədir və bədənin iştahı yoxdur. O sadəcə acar ya da doyar, aclıq və doymaqla əlaqədar bədəndən gələn siqnalları şüur səviyyəsində iştah və ya iştahsızlıq olaraq adlandıra bilərik. Hər növ təsir. Şəxsin iştahının yaranmasına və artmasına səbəb ola bilər. Bu tamamilə şəxsin məlumatları ilə əlaqəlidir.

 

Qidalanma ilə bağlı suallar

 

İstifadə etdiyim dərmanlar iştahımı artırır, nə edə bilərəm?

İştahı artıran dərmanlar və qidalar yoxdur və olmayacaqdır. Çünki, iştah məlumatların təsirlənərək səbəb olduğu durumdur. Çünki, dərmanların və qidaların kimyəvi strukturu standartdır və şəxsə özəl bir durum deyildir. Başqasının iştahını açan dərmanın sənində iştahını açmağına səbəb olmaz, ona görə də qidaların kimyəvi strukturu deyil, insanların məlumatları iştaha səbəb olur.

 

Qidalanma ilə bağlı suallar

 

Gündə neçə dəfə qidalanmalıyam?

Bədənin ağırlığı, əzələ quruluşu, artıq yağ miqdarı, ixtisas, hobbilər, sosial fəaliyyətlər, cinsiyyət, hamiləlik, xəstəlik, fəsillər, metabolism gücü və sürəti, uşaq, yaşı, gənclik, yetkin, şəxsə özəl duyğuları və inancları kimi səbəblər neçə dəfə və hər dəfə nə qədər miqdar qidalanmağa təsir edir. Bunun üçün sabit bir informasiya vermək mənasız olur. Ona görə də, gündə neçə dəfə, hər dəfə hansı miqdar qidalanmalıdır fikri hər zaman düzgün olmayan və nisbi informasiyadır. Cavab, bədənin ehtiyacı qədər, bədənin doğrudan aclığı hiss etdiyində ehtiyacı qədər qidalanmasıdır.

 

Qidalanma ilə bağlı suallar

 

Su içmə miqdarının qidalanmada önəmi nədir?

Su kifayət qədər içildikdə faydalı olursa, artıq miqdarda içdikdə zəhərlənməyə yada boğularaq həyatı itirməyə də səbəb ola bilər. Suyun həm dərmana, şəfaya həm də zəhər və silaha çevrilməsinə səbəb olan, onun miqdarıdır. Bədən sağlamlığı üçün 8 stəkan su içmək lazımdır, inancı tamamilə yalnış informasiyadır və heçbir elmi əsası yoxdur. Niyə gündə 8 stəkan su içilməlidir? Hansı hesaba görə bu belədir? Şəxsin şimalda və ya çöldə yaşaması, ev xanımı və ya inşaatda işləyən fəhlə olması, fəsillərin buna təsiri necə olacaq? İnsan bədəninin sabit olmayan, günlük məşğuliyyətlərini və ətraf faktorların təsiri ilə fərqlilik göstərən, anbaan dəyişən bir quruluşda olması 8 stəkan su içilməsinin vacibliyinin mənasız olduğunu göstərir.

 

Qidalanma ilə bağlı suallar

 

Kalori hesablamaqla qidalanmaq doğrudur?

Enerji qəbulu və sərfiyyatı haqqında, müəyyənləşdirilmiş olan kalori miqdarı və hesabları, heç bir elmi əsası olmayan, nisbi və fərziyyəyə əsaslanan informasiyalardır. Kalori məlumatı
fizika elmində rasional və elmidir. Amma qidalanma və hərəkət haqqında statistik məlumatlar elmi olmayan, şəxsdən şəxsə nisbi olan, dəyişkən ortalama rəqəmlərdir.

 

Qidalanma ilə bağlı suallar

 

Rəyinizi yazın:
✓ Düzgündür

Rəylər


Mərcan
2020/06/25 - 11:26:50
Əsəb insani kökəltir mi
Dəstək mərkəzi

Stressli situasiya, əsəb, gərginlik sonrası qidaya yönələn və ya tam əksi imtina edən, kökələn ya da arıqlayan insanlar var. Bu onu göstərir ki, stressli situasiya insanı kökəldən və ya arıqladan səbəb deyil bunu edən yalnızca insanın düşüncələri, inanc və vərdişləridir.


Həmçinin bax:

Həmçinin bax:

4 ay ərzində neyro-arıqlama vasitəsilə necə 20 kq arıqladı? 4 ay ərzində neyro-arıqlama vasitəsilə necə 20 kq arıqladı?

Artıq çəkilərimdən azad oldum, 4ay ərzində 20kq çəki itirmişəm.Bu mənim üçün inanılmaz nəticə idi! Özü də pəhrizsiz, heç bir qadağa olmadan ...

Onlayn təlimlə möhtəşəm nəticə Onlayn təlimlə möhtəşəm nəticə

Bu səbəbdən də Egece Sağlamlıq və Təlim Mərkəzinə üz tutdum. Orda mənə düşərgə barədə məlumat verdilər, Konyada yaşamağım və övladımın təhsili səbəbilə düşərgəyə qatıla bilmədim. Bu zaman mənə başqa alternativ seçimimin də olduğun ...

Mən bacardım! 46 bədən ölçüsündən 38 bədən ölçüsünə qədər incəldim Mən bacardım! 46 bədən ölçüsündən 38 bədən ölçüsünə qədər incəldim

Artıq çəkilərimdən yalnız Deniz Egece Qalıcı Arıqlama metodu vasitəsilə qurtulacağıma inandım və başladım. O qədər inamla başladım ki, 3-4 gün ərzində şüuraltım dəyişməyə başladı, yeni inancları və təlqinləri qəbul etdi. Düşüncələ ...

Təranə İsmayılovanın 20 kq Arıqlama Hekayəsi Təranə İsmayılovanın 20 kq Arıqlama Hekayəsi

Bəzən olur ki, sevdiyim yeməyi artıq yeyirəm, qorxmuram yediyimdən, o zaman da artıq hərəkət etməyə çalışıram. İdman zalına getməyə heç vaxtım yoxdur, sadəcə evdə öz işimi görürəm. Beynimdəki dəyişiklik hər gün daha da artır. Bəzə ...

Xəstə və kök bədənim keçmişdə qaldı Xəstə və kök bədənim keçmişdə qaldı

Bu metod mənim psixoloji vəziyyətimi də çox dəyişdi. Qidalanmaya qarşı düşüncələrim çox dəyişib; pəhriz saxlamıram, lakin yalnız ehtiyac hiss edəndə yeyirəm. İdmanla da məşğul olmuram hazırda, lakin hərəkət miqdarım artıb. Əvvəl ç ...

Artıq çəkidan əlavə, miqren, bulimiya və psixosomatik xəstəliklərdən azad oldum! Artıq çəkidan əlavə, miqren, bulimiya və psixosomatik xəstəliklərdən azad oldum!

Ən əsası məni narahat edən psixosomatik xəstəliklərimdən azad oldum. Kitab sayəsində kindən, nifrətdən, neqativ düşüncələrdən uzaqlaşdım. Mən bu metodla tanış olanadək, bədənimin dəyərinin fərqinə varmırdım. Metodla tanış olmazdan ...

Qalxanvari vəz xəstəliyimə qalib gəldim və 56 bədən ölçüsündən 38 bədən ölçüsünə düşdüm Qalxanvari vəz xəstəliyimə qalib gəldim və 56 bədən ölçüsündən 38 bədən ölçüsünə düşdüm

İdeal bədəndə olmağı xəyal edən xanımlar və bəylər! Hər biriniz bunu gerçəkləşdirə bilərsiniz. Nəyi həyatınızda görmək istəyirsinizsə ona can atın, tez-tez ideal bədəni və sağlamlığınızı dilə gətirin, bu haqda düşünün. Nəyi yaşam ...

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az