Mən – Fatoş Canbolat, 41 yaşım var, Konyada yaşayıram, işləmirəm və bir oğlum var.
Daha öncə bir çox arıqlama metodlarından istifadə etmişəm, çəki problemimi pəhriz və idmanla həll edə bilməyəcəyimi anlamışam, hətta dərmanlardan belə istifadə etmişəm, lakin nə etsəm də nəticə əldə edə bilməmişəm.
Bu metodun tətbiqinə ilk olaraq Deniz Egecenin “Arıqlamada Son Söz” kitabını oxuyaraq başladım. Kitab mənim metod haqqında fikrimin formalaşmağına səbəb oldu. Artıq çəkimin bir psixosomatik xəstəlik olduğunu, yəni səbəbinin də məndən qaynaqlandığını bilirdim və mütəxəssis dəstəyinə ehtiyacım olduğunu anladım.
Bu səbəbdən də Egece Sağlamlıq və Təlim Mərkəzinə üz tutdum. Orda mənə düşərgə barədə məlumat verdilər, Konyada yaşamağım və övladımın təhsili səbəbilə düşərgəyə qatıla bilmədim. Bu zaman mənə başqa alternativ seçimimin də olduğunu dedilər və mənə Onlayn Arıqlama Təlimindən bəhs etdilər. Evimdən çıxmadan sadəcə internet və telefon vasitəsilə həftədə bir gün mütəxəssislə danışacağımı və ümumilikdə 2 ay müddətində 8 seans keçəcəyimi dedilər. Sonrasında isə 3 ay ödənişsiz mütəxəssis dəstəyi ala biləcəm. Məni inandıran faktor isə o oldu ki, Deniz Egece də, onun yetiştirdiyi mütəxəssislər özləri də artıq çəkidən azad olmuş insanlardı.
Həyatımda ilk dəfə özüm üçün nə isə etmək qərarına gəldim. Başladım təlimə. Mütəxəssislə birgə artıq çəkimə səbəb olan məqamları aydınlaşdırdıq və hansı tətbiqlərlə bu səbəbləri aradan qaldıra bilərik onları müəyyən etdik. İlk seansda başa düşdüm ki, başqalarını xoşbəxt etmək üçün özümü və bədənimi ikinci plana keçirmişəm.
Bütün duyğularımı yeməklərlə basdırmışam, kədərdən yemişəm, sevincdən yemişəm, qonaq gedib yemişəm, başqası inciməsin deyə yemişəm. Mənəvi və emosional aclığımı qidalarla basdırmışam. Hərəkəti sevməmişəm, ev işləri görərkən də bunu hərəkət hesab etməmişəm. Təlimlərə başladıqdan sonra ilk olaraq qidalanma və qida qəbuluna aid olan inanclarım dəyişdi. Sahib olmaq istədiyim ideal bədən model rəsmini seçdim və canlandırma edərək onu zehnimdə formalaşdırmağı öyrəndim. İllər öncə çəki almağıma səbəb olacaq inanclar və insanları aydınlaşdırdım və fərqindəliyi qazandım. Doğru olduğuna inandığım bütün yanlış inancları bir-bir dəyişdirməyə başladım.
Bağışlamağın və üzləşməyin azad olmağıma səbəb olacağını gördüm. Həyatımda mənə mane olan bütün zəncirləri qırdım. Bu təlim mənə azadlığımı bəxş etdi, kök bədənin içinə yatan təbii ideal bədənimi ortaya çıxartdı. İllər uzunu pəhriz proqramları, qida düşüncələri ilə yaşamışam. Öz-özlüyümdə hərəkətsizliyimə bəhanələr gətirmişəm.
Onlayn təlim müddətində və sonrasında ümumilikdə 30 kq çəki atdım, buna baxmayaraq isə bədənimdə heç bir sallanma olmadı. Bədən, qidalanma, hərəkətlə bağlı dağıdıcı düşüncə və inanclarımdan azad oldum. Ən başlıcası isə həddindən artıq yemək iştahamdan qurtuldum, qidaları düşünməyə sərf edəcək vaxtda başqa düşünəcəyim mövzular olduğunu anladım. Bədənim acdığında yeyirəm. Lakin emosional aclığımı qidalarla basdırmıram. Zehnimdəki gücü bədənimin sağlamlığına və qulluğuna ayırdım. Qeyri-ixtiyari və sevərək hərəkət edirəm.
Özümü daha azad hiss edirəm. Məqsədim arıqlamaq idi, lakin mən aldığım onlayn təlim paketi ilə həyatımdakı bir çox problemləri həll etdim. Zehnim və bədənimlə tanış oldum, özümü müalicə etməyi öyrəndim, miqren səbəbli baş ağrılarımdan azad oldum, sevincim geri gəldi, ən başlıcası isə şəxsi həyatım qaydasına düşdü.
Başda Deniz Egece olmaqla, kollektivindəki bütün mütəxəssislərə də həyatımı dəyişdirdikləri üçün təşəkkür edirəm, onlara 3 Şükran və 2 Sevgi göndərirəm.
Nömrəniz artıq qeyd olunub. Mütəxəssislərimiz sizinlə əlaqə saxlayıb, məlumat verəcəklər.
Nömrəniz artıq qeyd olunub. Əməkdaşlarımız sizinlə əlaqə saxlayıb, ətraflı məlumat verəcək.
Sizinlə əlaqə saxlayıb, məlumat veriləcək.
Neyro-arıqlama metodu subliminal kodlama üsulundan istifadə edərək şüuraltının yeni inancları qəbul etməsinə və dəyişməsinə kömək edir, qidalanmanı artıran, hərəkətsizliyə səbəb olan inanc və hisslərin təsirini neytrallaşdırır.
Neyro-arıqlama metodu subliminal kodlama üsulundan istifadə edərək şüuraltının yeni inancları qəbul etməsinə və dəyişməsinə kömək edir, qidalanmanı artıran, hərəkətsizliyə səbəb olan inanc və hisslərin təsirini neytrallaşdırır. Metod vasitəsilə Hicran Qəhrəmanov 2 ayda 21kq, 4 ayın tamamında isə 41kq nəticə əldə edib. Siz də bizə qoşulub qısa müddətdə istədiyiniz nəticəyə nail ola bilərsiniz.
Seanslarımız müxtəlif mütəxəssislər tərəfindən, paketlər şəklində həyata keçirilir. Zəhmət olmasa əlaqə nömrənizi qeyd edin, biz sizinlə əlaqə saxlayaq və sizə uyğun variantları təklif edək. Qeydiyyat üçün aşağıdakı linkdən istifadə edə bilirsiniz.
İdeal bədəndə olmağı xəyal edən xanımlar və bəylər! Hər biriniz bunu gerçəkləşdirə bilərsiniz. Nəyi həyatınızda görmək istəyirsinizsə ona can atın, tez-tez ideal bədəni və sağlamlığınızı dilə gətirin, bu haqda düşünün. Nəyi yaşam ...
Artıq çəkilərimdən yalnız Deniz Egece Qalıcı Arıqlama metodu vasitəsilə qurtulacağıma inandım və başladım. O qədər inamla başladım ki, 3-4 gün ərzində şüuraltım dəyişməyə başladı, yeni inancları və təlqinləri qəbul etdi. Düşüncələ ...
Sonradan başa düşdüm ki, bütün bunlara səbəb hərəkətsizlik imiş “Biri mənə deməyib ki, a bala dur hərəkət elə” bunu siz mənə anlatdınız, siz mənə başa saldınız. ...
Bu metod mənim psixoloji vəziyyətimi də çox dəyişdi. Qidalanmaya qarşı düşüncələrim çox dəyişib; pəhriz saxlamıram, lakin yalnız ehtiyac hiss edəndə yeyirəm. İdmanla da məşğul olmuram hazırda, lakin hərəkət miqdarım artıb. Əvvəl ç ...
Bəzən olur ki, sevdiyim yeməyi artıq yeyirəm, qorxmuram yediyimdən, o zaman da artıq hərəkət etməyə çalışıram. İdman zalına getməyə heç vaxtım yoxdur, sadəcə evdə öz işimi görürəm. Beynimdəki dəyişiklik hər gün daha da artır. Bəzə ...
O gündən bu günə arıqlamaq bir yana əsəblərim sakitləşdi, xəstəliklərim sağaldı, metobalizmam gücləndi, özümə inam və sevgim artdı, yaradıcılığım gücləndi, zəkam artdı, inanılmaz dərəcədə hərəkəti sevməyə başladım ...
Ən əsası məni narahat edən psixosomatik xəstəliklərimdən azad oldum. Kitab sayəsində kindən, nifrətdən, neqativ düşüncələrdən uzaqlaşdım. Mən bu metodla tanış olanadək, bədənimin dəyərinin fərqinə varmırdım. Metodla tanış olmazdan ...