Arıqlamağın qarşısını alan maneələr
Arıqlamağın qarşısını alan maneələr

Arıqlamağın qarşısını alan maneələr

2020/02/05 220

Nədən qorxuruq?

Qorxuların əsasında narahatlıqlarımız var. İtirmə qorxusu ən böyük narahatlıqları yaradır. Etibarımızı itirmək, yox olmaq, cəmiyyət tərəfindən qəbul olunmamaq, sağlamlığını itirmək, yaxın insanı itirmək barədə olan narahatlıqlar...

 

Arıqlamağın qarşısını alan maneələr

 

Qorxuların nəticəsində kədər və kin ortaya çıxır. Hadisələr istəmədiyimiz kimi baş verdiyində, idarəetməni itirdiyimizdə, gözləntilərimizə uyğun hərəkət olunmadığında qəzəb hiss edərik. Qəzəb və kədər də qorxularımızın yaranmağına səbəb olan duyğulardır.

Sevilən qida və qidalanma vərdişlərini itirmək, onlardan ayrılmaq qorxuya səbəb olur. Rahat, monoton, eyni templi həyat tərzindən də ayrılmaq qorxu yaradar. Öyrəşdiyimiz artıq çəkilərin bədəndən getməyi qorxudur. Bədən quruluşunun dəyişməyi qorxudur. Hərəkət vərdişlərinin dəyişməyi qorxudur. Monoton həyatın əvəzinə daha sosial və hərəkətli bir həyata keçid etmək qorxudur. Rahatlığın bitməyi, dəyişiklik üçün əmək vermək barədə olan düşüncələr artıq çəkilərə ən çox təsir edən qorxulardandır. 

 

Arıqlamağın qarşısını alan maneələr

 

Qorxular saxtadırlar. Şüurun yaratdığı, lakin şəxsə aid olmayan və keçmiş təcrübələrdən və ya ətrafdakı insanların təsirindən əmələ gələn düşüncələrdir. Qorxuların şüurda canlı saxlanılmağı, təkrar-təkrar canlandırılmağı, onlara marağın göstərilməyi də real həyatda onların gerçəkləşməyinə səbəb olur. 

 

İstədiklərini və bildiklərini də reallaşdırmağa mane olan helə qorxularındır. Qorxuların, hədəfin olan ideal bədənə doğru getməyin qarşısında əngəl yaradan bir divardır. Bu addımı atmalı olduğunu bilsən də qorxuların qarşını alır. Sahib olduqlarını itirmə qorxusu, yeni sahib olacaqlarının sənə aid olmaması duyğusu və narahatlığı məyusluğa səbəb olar. Qorxularla üzləşməlisən, onları şüuraltında neytrallaşdırmalısan və yaranmış müqaviməti qırmalısan. 

 

Birinin hündürlük qorxusu onun paraşütdən atlanmağına müqavimət göstərər. İnsanın lift qorxusu onun  50-ci mərtəbəyə çıxıb çox vacib bir tədbirdə iştirak etməyinin qarşısını alar. Daha öncə qaçarkən yıxılıb zədələnən insana, “qaçaq?” deyildiyində qaçmağa getməz. Təcrübədən keçirilmiş və ya öyrənilmiş bir qorxu insanın hərəkətə keçməyinə müqavimət yaradar və hədəfə nail olmağına mane olar.

 

Arıqlamağın qarşısını alan maneələr

 

Qorxular, insanın hər hansı bir mövzu haqqındakı məlumatlarının dağıdıcı, neqativ tərəflərinə maraq göstərilməsi və diqqətin həmin istiqamətə yönəldilməsi nəticəsində ortaya çıxar.

 

Kök insanlar, sahib olduqları artıq çəkiləri və artıq çəkilərə səbəb olan vərdişləri itirməkdən qorxarlar. Sahib olduqları insanlıq və şəxsiyyətlərini itirməkdən qorxarlar. Artıq çəkilərdən azad olduqdan sonra yaranacaq vəziyyətdən və vəziyyətə hakim ola bilməməkdən qorxurlar. Qorxular, narahatlıqlar stress yaradaraq insanın hərəkətə keçməyinə və arzuolunan hədəfə çatmağına maneə yaradar. 

 

Mənbə: “Arıqlamada Dəyişmə Müddəti” Deniz Egece. 
 

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az