Uzun və sağlam yaşamaq üçün qidalanmanın əhəmiyyəti
Uzun və sağlam yaşamaq üçün qidalanmanın əhəmiyyəti

Uzun və sağlam yaşamaq üçün qidalanmanın əhəmiyyəti

2019/11/15 106

Yaşlanma üzrə ABŞ Milli İnstitutundan (YMİ) olan Julie Mattison-un xəyalı, ilbəil artan xronoloji yaşla bioloji yaş arasındakı fərqin tərs mütənasib olmasıdır. Qəliz səslənsə də, cəmiyyətimiz məqsədə doğru böyük addımlar atıb. Tibb və sağlam həyatın inkişafı bariz nümunələrdir.

1980-ci illərin sonlarında iki müstəqil uzun müddətli sınaqda - biri YMİ və digəri Wisconsin Universiteti tərəfindən - Rhesus meymunlarında kalori məhdudiyyəti və yaşlanma araşdırılıb. Biz, bu primatlarla 93% eyni DNT-ə malik olmaqla yanaşı, həm də eyni şəkildə yaşlanırıq.

Tədricən orta yaşdan sonra, (Rhesus meymunlarında 15 yaşında) bel bükülməyə, dəri və əzələlər boşalmağa və əgər saç çıxırsa rəngi ağarmağa başlayır. Oxşarlıqlar isə dərindir. Bu primatlarda xərçəng, diabet və ürək xəstəlikləri yaşa uyğun olaraq daha tez-tez və kəskin formada rast gəlinir. "Yaşlanmanı araşdırmaq üçün onlar, mükəmməl nümunələrdir," Wisconsin Universitetindən herontoloq Rozalyn Anderson deyir.

 

Uzun və sağlam yaşamaq üçün qidalanmanın əhəmiyyəti

 

Və onları idarə etmək də asandır. Sınaq əsnasında Wisconsin Universitetində 76 və YMİ-də 121 meymunun yaşına, çəkisinə və təbii iştahına uyğun olaraq xüsusi hazırlanmış peçenyelər ilə qidalanıblar. Bütün meymunlar bədənlərinin ehtiyac duyduğu qədər bəsləyici və minerallarla təmin olunublar. Kalori məhdudiyyətli (və ya KM) meymunlardan yalnız yarısı 30% daha az yeyirmiş.

Onlar nə pis qidalanıblar, nə də ac qalıblar. Misal üçün Şerman-dan danışaq. Bu 43 yaşlı meymun YMİ-də saxlanılır. Mattison deyir ki, 1987-ci ildə 16 yaşı tamam olandan bəri KM pəhrizi tətbiq olunan Şerman, növündə xarakteristik hesab olunan aclıq əlamətləri sərgiləməyib.

Şerman qeydə alınmış ən yaşlı Rhesus meymunudur. Sınaq üçün saxlanılan meymunların orta həyat göstəricisindən təxminən 20 yaş daha böyükdür. Xəstəliklərə tutulan və ölən gənc meymunlardan fərqli olaraq o, yaşlanmaya qarşı daha dözümlü olub. Hətta, 30 yaşlarında belə o, yaşlı meymun hesab oluna bilərdi. Lakin, nə yaşlı görünüb, nə də yaşına uyğun hərəkətlər edib.Nəticə fərqli məzmunda olsa belə, sınaq tətbiq olunduğu digər meymunlarda da eynidir.

 

Uzun və sağlam yaşamaq üçün qidalanmanın əhəmiyyəti

 

"Biz, KM qruplarda daha az şəkər və xərçəng müşahidə edirik," Mattison söyləyir. 2009-cu ildə Wisconsin Universitetinin dərc etdiyi nəticələr də bənzər idi. KM meymunlar adi pəhriz ilə qidalanan meymunlara nisbətən son dərəcə cavan görünməklə yanaşı - daha çox saç, daha az sallanma və ağ əvəzinə qəhvəyi saç rəngi - həm də daxilən sağlam idilər. Bağırsaq adenokarsinomu kimi ümumi xərçəng növlərində 50%-dək azalma müşahidə olunurdu. Adi pəhriz ilə qidalanan qrupda 11 meymun diabetə tutulmuş və cəmi beş meymun diabetdən öncəki əlamətlərə malik olmuşdu. Bütün KM meymunlarda qanda qlükozanın tənzimlənməsi sağlam görünürdü. Onlar üçün diabet artıq bir problem deyildi.

"Biz, yaşlanmanın primatlarda idarə oluna bilən bir şey olduğunu göstərdik," Anderson deyir. Əgər yaşlanma əngəllənərsə, onunla gələn xəstəliklərə də ona uyğunlaşacaq. "Hər bir xəstəliyin arxasınca ayrı-ayrı düşmək, uzunömürlülüyü artırmayacaq, çünki, insanlar başqa bir səbəbdən öləcəklər," Anderson söyləyir. "Əgər xərçəngdən tamamilə sağalmısınızsa, bu o demək deyil ki, ürək-damar xəstəlikləri və ya əqli qabiliyyətin tədricən itirilməsi, yaxud diabetlə bağlı pozğunluqların gətirdiyi ölümdən qurtulacaqsınız. Halbuki, yaşlanmaya qarşı mübarizə aparsanız, bir oxla bir neçə quş vura bilərsiniz."

Az yemək meymunlar üçün işə yarasa da, kalori məhdudiyyəti real dünyadakı insanlar üçün qəliz bir məsələ ola bilər. İdeal olaraq yediyimiz qidanın miqdarını kimliyimizlə müəyyənləşdirməliyik.

Roberts köklüklə gələn problemləri ailəsində gördüyü kimi, KM-n faydalarına da bir çoxlarından daha yaxşı agahdır. On ildən çoxdur ki, o, Enerji Qəbulunda Uzunmüddətli Təsirlərin Hərtərəfli Qiymətləndirilməsi üzrə sınağın aparıcı alimidir. Bu həm də, Calerie adlanır.

İki ildən çoxdur 21 və 50 yaş arası 218 sağlam kişi və qadın iki qrupa bölünüblər. Bir qrupda insanlar istədikləri qədər yeyir və digər qrupdakılar isə istədiklərini yeyirlər, lakin 25% daha az yeyirlər. Hər iki qrup altı aydan bir sağlamlıq müayinəsindən keçirlər.

 

Uzun və sağlam yaşamaq üçün qidalanmanın əhəmiyyəti

 

Rhesus meymunlarından fərqli olaraq, iki ildən çox davam edən sınaqlar KM-n yaşla əlaqəli xəstəlikləri azaltdığı və ya ləngitdiyini söyləmək mümkün deyil. Sadəcə olaraq, onların inkişafı üçün kifayət qədər vaxt yoxdur. Lakin, Calerie sınaqları başqa bir şeyi test edə bilib: ürək xəstəlikləri, xərçəng və diabetin erkən bioloji əlamətləri. İki ildən sonra 2015-ci ildə dərc olunan nəticələr çox müsbət idi. Normal pəhrizlə qidalanan insanlardan fərqli olaraq, KM insanların qanında "yaxşı" xolesterin ilə "pis" xolesterin nisbəti böyümüş, şiş yaradan molekullar - şiş nekrozu amilləri (ŞNA) - təxminən 25% azalmış və diabetin göstəricisi olan insulinə qarşı dözümlülük 40%-dək aşağı enmişdi. Ümumilikdə qan təzyiqi də aşağı idi.

Etiraf etmək lazımdır ki, bəzi faydalar arıqlamadan qaynaqlana bilər. Calerie üzrə əvvəlki sınaqlarda kök insanlarla yanaşı, bədən kütləsi indeksinə (BKİ) 25 və ya aşağı malik sağlam insanlar da iştirak ediblər. Heç şübhəsiz ki, arıqlamaq artıq çəkili insanların bədən rifahını yaxşılaşdırıb. "Uzun illərdir hamıya bəlli olan bir şey varsa, o da artıq çəkinin insan üçün zərərli olmasıdır," Roberts deyir.

Yaşla bağlı olduğu qəbul edilən xəstəlik və pozğunluqlar, artıq kök insanlarda da müşahidə olunur deyə o əlavə edir.

 

Uzun və sağlam yaşamaq üçün qidalanmanın əhəmiyyəti

 

Nəticələrə baxmayaraq, sağlam BKİ malik insanın kalori qəbulunu azaltmağa ehtiyacı olub-olmadığını müəyyənləşdirmək üçün, daha başqa sınaqlara ehtiyac var. Eyni zamanda alimlər, kalori məhdudiyyətinin bu təsiri yaratmasında dəqiq səbəb kimi nəyin yatdığını anlamaq üçün rhesus makakalar üzrə aparılan sınaqlara böyük ümid bəsləyirlər.

200 meymun arasında həyat və ölüm, qan və toxuma nümunələri əsasında 30 ilə yaxın vaxtda əldə olunan məlumatlarla YMİ və Wisconsin Universiteti, kalori məhdudiyyəti adlı qara qutuya işıq salmaq niyyətindədir. Az qida ilə metabolizm daha effektiv ola bilərmi? Az kalori qəbul etməklə yaşlanmanı yandıran (və ya söndürən) hər hansısa molekulyar düymə mövcuddurmu? Bəlkə həyatımızı və ölümümüzü hərəkətə keçirən bilinməz bir mexanizm var?
Bu sualların cavablamaq üçün uzun illər lazım ola bilər.

"Əgər özümdən 10 ədəd klonlaşdırsam və hamımız bunun üzərindən dayanmadan işləsək belə, düşünürəm ki, yenə bunu çözə bilməzdik," Anderson deyir. "Biologiya qeyri-adi dərəcədə mürəkkəbdir." Yaşlanma, kalori məhdudiyyəti olmadan da birbaşa müalicə edilə bilər. "Və fikirləşirəm ki, bu həqiqətən də qızıl biletdir," Anderson deyir.

 

Uzun və sağlam yaşamaq üçün qidalanmanın əhəmiyyəti

 

Təfsirli izaha sahib olmasaq da, kalori məhdudiyyətini sağlamlığın inkişafı və ömrümüzü uzatmaq naminə ən perspektivli sahədir. "Kalori məhdudiyyətinin insanlara pis təsiri ilə bağlı heç bir şeyə rast gəlməmişik," Calerie sınağından Roberts deyir. Və dərman əsaslı müalicələrdən fərqli olaraq, burada uzun yan təsir siyahısı görmək də mümkün deyil. "Ac olmayanda insanlarımızın əhvalı və seksual fəallığı yaxşı idi. Pis şeyləri tapmağa cəhd etsək də, bu alınmadı," Roberts söyləyir.

Belə perspektivli nəticələrlə "bu [Calerie sınağı] bənzəri sahə üzrə ilk araşdırmadır və düşünmürəm ki, biz "hə, bunu dünyadakı hamıya məsləhət görək" kimi cümləni arxayınlıqla deyə bilək," Roberts deyir. "Lakin, ümidverici bir perspektivdir. Xroniki xəstəliklərin inkişafını ləngitmək, hər kəsin öhdəsindən gələ biləcəyi bir şeydir fikrindəyəm. Çünki, heç kim xəstəliklə yaşamaq istəmir."


Həmçinin bax:

Həmçinin bax:

Uzun və sağlam yaşamaq üçün qidalanmanın əhəmiyyəti Uzun və sağlam yaşamaq üçün qidalanmanın əhəmiyyəti

Tədricən orta yaşdan sonra, (Rhesus meymunlarında 15 yaşında) bel bükülməyə, dəri və əzələlər boşalmağa və əgər saç çıxırsa rəngi ağarmağa başlayır. Oxşarlıqlar isə dərindir. Bu primatlarda xərçəng, diabet və ürək xəstəlikləri yaş ...

Zumba təlimçisinin arıqlama hekayəsi Zumba təlimçisinin arıqlama hekayəsi

Mən zumba təlimçisiyəm və 2 uşaq anasıyam. Hal-hazırda bunu oxuyanların “İdmanla məşğul olan bir insan arıqlaya bilmir ki?” dediyin hiss edirəm ...

96 kq-dan 76 kq-a qədər arıqlayan Ali Okatan 96 kq-dan 76 kq-a qədər arıqlayan Ali Okatan

O an başa düşdüm ki, həddindən artıq çəkiliyəm. Mütləq çəki atmalı idim və metodları araşdırmağa başladım. Pəhrizlər haqqında çox məqalə oxudum, bir çox pəhrizləri araşdırdım və insan bədəni üçün bütün pəhriz proqramlarının zərərl ...

7 yaşından artıq çəkidən əziyyət çəkən Hanife Bilgiçin uğur hekayəsi 7 yaşından artıq çəkidən əziyyət çəkən Hanife Bilgiçin uğur hekayəsi

Kitabın yetərli olmadığını düşündüm, bu haqda daha çox məlumat istəyirdim deyə Şüur kodlama cihazını əldə etdim. O da bir başqa motivasiya verirdi. Bu metodla bağlı nə varsa hamısını araşdırdım, online təlim olduğunu gördüm, ona d ...

46 ÖLÇÜDƏN 38 ÖLÇÜYƏ QƏDƏR ARIQLADI 46 ÖLÇÜDƏN 38 ÖLÇÜYƏ QƏDƏR ARIQLADI

Bu metodla 4 ay öncə tanış oldum. Buna qədər isə çox çəki alırdım, lakin səbəbini tapa bilmirdim. Bir çox üsullardan istifadə edirdim, lakin heç biri qalıcı arıqlamağa kömək etmədi. Az yediyimi düşünürdüm, pəhriz, idman, dərmanlar ...

Təranə İsmayılovanın 20 kq Arıqlama Hekayəsi Təranə İsmayılovanın 20 kq Arıqlama Hekayəsi

Diyetoloqlara çox gedirdim, onlar yeməklərə o qədər qadağa qoyurlar ki, yeməklərə həsrət qalırdım. İstədiyim çəkiyə düşəndən sonra sevdiyim yeməkləri yeyirdim və təkrar iki qat o çəkiləri geri alırdım. Daha sonra diyetoloqlara ina ...

NLP nədir? NLP nədir?

NLP (Neuro-Linguistic Programming – Neyro-Linqvistik Proqramlaşdırma), duyğu və düşüncələrinizi yönləndirərək, keçmiş yaşantılarınızdan gətirdiyiniz mənfi duyğu və düşüncədən xilas ola bilməyiniz üçün müasir texnikalarla həyatınız ...

3,5 ayda 30 kq arıqladı 3,5 ayda 30 kq arıqladı

Özümü bildiyimdən bəri artıq çəkidən əziyyət çəkmişəm. Uşaqlığımdan bəri çəkili olmuşam. O vaxt bunu tam anlamadığımdan o qədər də problem olmayıb mənim üçün, lakin böyüdükcə çox narahat etməyə başladı məni. Ətrafdan gələn fikirlə ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az