Bitki çayları ilə bağlı bilməli olduğunuz məqamlar
Bitki çayları ilə bağlı bilməli olduğunuz məqamlar

Bitki çayları ilə bağlı bilməli olduğunuz məqamlar

2019/11/14 165

Bitki çayları əhali arasında “təbii müalicə və şəfa mənbəyi” kimi tanınır. Lakin buna baxmayaraq, insanlar bitki çaylarının əks-təsirləri və riskləri barədə çox da məlumatlı deyillər.

Əslində bəzi bitki çayları düzgün və ya normada istifadə edilmədiyi təqdirdə sağlamlıq üçün təhlükəli ola bilər. Onlardan bir neçəsini təqdim edirik: 

 

Bitki çayları ilə bağlı bilməli olduğunuz məqamlar

 

– Qara çay

Sümüklər üçün ziyanlıdır, sümüklərdən kalsiumu yuyub aparır ki, bu da onları zəif və kövrək edir, sınıqların riskini artırır.

Mədənin turşuluğunu artırır ki, bu da qastrit və xora xəstəliyindən əziyyət çəkənlərə ziyanlıdır. Ümumiyyətlə mədə turşuluğunun artması zamanı çayın istehlakını minimuma azaltmaq lazımdır.

Doqquz il müddətində həkimlər yaşı 30-dan 79-a qədər olan 456000 insanın sağlamlığını və qida vərdişlərini tədqiq etmişlər. Həmin müddət ərzində 1731 qida borusu xərçəngi aşkar olunub. Alimlər müəyyən ediblər ki, müntəzəm olaraq qaynar çay içən və gündə 15 qramdan az olmayaraq alkohol qəbul edən pasientlərdə onkoloji xəstəliklər 5 dəfə tez-tez muşahidə olunur. Qaynar çay içən və siqaret çəkənlərdə qida borusunun xərçəngi 2 dəfə tez-tez rast gəlinib.

 

Bitki çayları ilə bağlı bilməli olduğunuz məqamlar

 

– Yaşıl çay

Yaşıl çay hələ qədim zamanlardan bəzi xəstəliklərə qarşı dərman kimi istifadə edilib. Lakin yaşıl çay çox güclü antioksidant hesab olunur və aparılan çoxsaylı təcrübələr hədsiz dərəcədə çox antioksidant qəbulunun orqanizmə zərər verdiyini göstərir.Yüksək təzyiqi və ürək döyüntüsü çox olan insanların 1-2 stəkandan çox içməsi məsləhət görülmür. Bu çay orqanizmdə maddələr mübadiləsinin təmin edilməsində faydalı olsa da, təzyiq üçün əks-təsir göstərir.

Yaşıl çay K vitamini ilə zəngindir. Bu vitamin həddindən çox olduqda qanın qatılaşmasına və laxtalanmaya səbəb olur.

 

Bitki çayları ilə bağlı bilməli olduğunuz məqamlar

 

– Kəklikotu çayı

Bir çox insanın tez-tez istifadə etdiyi çaylar sırasındadır. Özünəməxsus iyi və dadı ilə fərqlənir. İdrar infeksiyaları, həzm problemi, tənəffüs yolu narahatlıqları və digər xəstəliklərdə faydalıdır.

Amma bu çay təzyiqi aşağı salır. Yüksək təzyiqli insanlar təzyiqi salmaq üçün kəklikotu çayı içərkən diqqətli olmalıdır. Çünki əks-təsirlər yaradır. Xüsusilə təzyiq dərmanı istifadə edənlərin həkim məsləhəti olmadan bu çaydan istifadə etməsi məsləhət görülmür.

 

Bitki çayları ilə bağlı bilməli olduğunuz məqamlar

 

– Kirpiotu çayı

İmmuniteti gücləndirir, soyuqdəymə zamanı güclü təsirə malikdir. Fəsil dəyişmələri zamanı xəstəliklərə qarşı vücudu gücləndirir.

Lakin, bu çay bəzi insanlarda allergiya yarada bilir. Hamilə qadınlar, allergiyası olanlar və xolestorol dərmanı qəbul edənlər xüsusilə ehtiyatlı olmalıdırlar.

 

Bitki çayları ilə bağlı bilməli olduğunuz məqamlar

 

– Zəncəfil çayı

Zəncəfilin soyuqdəymə, mədə və bağırsaq problemləri zamanı faydalı təsirə malik olduğu məlumdur. Ancaq bu şəfalı bitkinin əks təsirləri də var. Belə ki, öd kisəsində narahatlığı olanlarda öd turşusunu artırır. Bu insanların həkim məsləhəti olmadan zəncəfil çayı içməsi məsləhət görülmür.

Bundan başqa, hamilə qadınlarda hamiləliyin erkən sonlanmasına səbəb olur.

 

Bitki çayları ilə bağlı bilməli olduğunuz məqamlar

 

– Səna yarpağı çayı

Arıqlamaq istəyənlərin ən çox istifadə etdiyi bitki çayları arasında səna yarpağı çayı da yer alır. Bundan başqa, qəbzlik problemləri olanların da üstünlük verdiyi çaylardan biridir.

Lakin, 3 həftədən çox istifadə edildiyi halda bağırsaqda xroniki problemlər, hətta şiş yaradır. Həmçinin, bağırsaq funksiyalarının itməsinə yol açır.

 

Bitki çayları ilə bağlı bilməli olduğunuz məqamlar

 

– Adaçayı

Soyuqdəymə, öskürək və boğaz infeksiyalarının müalicəsində çox faydalıdır.

Buna baxmayaraq, yuxusuzluğa və hamilələrdə sancılara səbəb olur. Sinir sistemi narahatlığı olanlar və hamilə qadınların istifadə etməməsi tövsiyyə edilir.

 

Bitki çayları ilə bağlı bilməli olduğunuz məqamlar

 

– Uzun sarıkök çayı (zərdəçal)

Bu bitkinin tərkibindəki kurkumin maddəsi xərçəng və iltihabi xəstəliklərin yaranmasının qarşısını alır. Kimyaterapiya və radioterapiya müalicəsində faydalı təsirlər göstərir.

Zəncəfil çayında olduğu kimi, uzun sarıkök çayının da öd kisəsi narahatlığı olanlara əks-təsirləri var. Belə xəstələr bu çaydan uzaq durmalıdır. 

Ümumiyyətlə ödündə daş olanlar sarıkök istifadə etməməlidir. Sarıkök olduqca faydalı bitki hesab olunur. Orqanizmin immun sistemini gücləndirir. Hətta xərçəng kimi ağır xəstəlikdən qorunmaq üçün istifadə edilir. Amma xeyirləri ilə bərabər öd kisəsində problemə də yol açır. Xüsusi ilə öd daşı olan adamlara sarıkök istifadəsi təhlükəli ola bilər.

 

Bitki çayları ilə bağlı bilməli olduğunuz məqamlar

 

– İtburnu çayı (həmərsin)

Tərkibindəki C vitamini sayəsində immun sistemini gücləndirir. Soyuqdəymə və qrip kimi infeksion xəstəliklərinin, həmçinin revtamizmanın müalicəsində faydalıdır.

3 stəkandan çox istifadə edildikdə isə dəridə qaşınma və allergiyaya səbəb olur.

 

Məsləhət

Sonda qeyd etmək istərdik ki, təbii çaylar müxtəlif xəstəliklərin müalicəsində faydalı olsa da, xeyirləri və ziyanları barədə araşdırmadan qəbul etmək məsləhət görülmür. Xüsusilə həkim məsləhəti olmadan heç bir bitki və dərmanın müalicə məqsədilə qəbul edilməsi sağlamlıq üçün təhlükəlidir.

Ümumiyyətlə isə gün ərzində 4 fincandan artıq və tünd çay içməkdən çəkinin. Əlavə hər bir fincan çay isə bir stəkan su ilə əvəz edin.


Həmçinin bax:

Həmçinin bax:

3,5 ayda 30 kq arıqladı 3,5 ayda 30 kq arıqladı

Özümü bildiyimdən bəri artıq çəkidən əziyyət çəkmişəm. Uşaqlığımdan bəri çəkili olmuşam. O vaxt bunu tam anlamadığımdan o qədər də problem olmayıb mənim üçün, lakin böyüdükcə çox narahat etməyə başladı məni. Ətrafdan gələn fikirlə ...

Maddələr mübadiləsi və çəki problemi Maddələr mübadiləsi və çəki problemi

Maddələr mübadiləsinin sürəti insanın o andakı düşüncələri, əzələ quruluşu, bədən ağırlığı və həcmi ilə mütənasibdir. İnsanın bədənində artıq yağların olması və əzələlərin zəif olması maddələr mübadiləsinin ümumi sürəti və çalışma ...

Qidalanmada niyyət Qidalanmada niyyət

Bütün canlılara, heyvanlara və bitkilərə də müsbət və ya mənfi enerjilər təsir göstərər. Cansız olan qidaların da enerjilərinə təsir göstərilər, lakin maddə dəyişdirilməz. Cansız olan əşyalarda da, insanın niyyəti o əşyadan alaca ...

Tez-tez verilən suallar (1-10) Tez-tez verilən suallar (1-10)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (1-10) ...

Qadağaların mənfi təsirləri Qadağaların mənfi təsirləri

Qadağa, bir işin görülməsinə qarşı olan, icra edilməməsi tələb olunan bir anlayışdır. Şüurumuzun ehtiyacı olan nəfəs, su, yuxu, sevgi, hərəkət, ünsiyyət kimi təbii ehtiyaclarımız məhdudlaşdırıldığı zaman bədən küsür, həyat eşqi sö ...

Elşad Seyfullayevin hekayəsi Elşad Seyfullayevin hekayəsi

Mən – Elşad Seyfullayev, 35 yaşım var, Bakıda yaşayıram. Bizim ailədə hamı - anam, bacım, yoldaşım kökdürlər. Mən özüm də həmişə köklükdən əziyyət çəkmişəm, bu sağlamlığıma da təsir edib. Ətrafımda da, dostlarımın arasında tək kök ...

Düşüncələrimizin həyatımıza təsiri Düşüncələrimizin həyatımıza təsiri

Şüur, aləmlərdə dövran edir, gələndə bədənin şəklini alır, gedəndə isə bədənini yox edir. Şüur tarla kimidir, nə əkirsənsə, onun da meyvəsini verir. Yaradıcı düşüncələr əksən, bədənində pozitiv duyğular, gözəl davranışlar yaranar. ...

“Qidalanma sizin çəki almağınıza səbəb olmaz” – Deniz Egece “Qidalanma sizin çəki almağınıza səbəb olmaz” – Deniz Egece

Qalıcı arıqlama üçün şüuraltında yatan inancları, duyğuları, düşüncələri dəyişdirmək lazımdır, yediyiniz yeməkləri deyil. “Arıqlamada son söz” kitabında da deyildiyi kimi pəhrizlər qalıcı arıqlamağa kömək etməz. Çünki pəhrizdə qid ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az