Qidalanmada miqdarın əhəmiyyəti
Qidalanmada miqdarın əhəmiyyəti

Qidalanmada miqdarın əhəmiyyəti

2019/11/13 171

Artıq çəkiyə səbəb olan qidalanma çeşidi deyil, miqdarıdır. Bundan savayı isə bilməli olduğumuz faktor odur ki, artıq çəkiyə səbəb olan qidalanma da deyil hərəkətsizlikdir. Çəki probleminin çeşid və qidalanma ilə həll etməyə çalışmaq heç bir effekt verməz, lakin hərəkət və miqdar haqqında lazımi məlumatlar əldə olunduğunda problem həll olunmuş olar.

Təbiətin yağışına pis deyə bilmərik, yağışın miqdarı fayda və ya zərər verər. Küləyə də pis deyə bilmərik, yetərli miqdarda olduqda fayda, həddindən artıq sürətli olduqda isə zərər verər.  Alov üçün oksigen və su az miqdarda faydalı ola bilər, lakin artıq miqdarda olsa zərərli olar. Günəş normal miqdarda xeyirli olar, həddindən artıq isə bədənə və təbiətə zərər verər. Beləliklə, təbiətə və bədənimizə fayda və zərər verən çeşid deyil, miqdardır. 

 

Qidalanmada miqdarın əhəmiyyəti

 

Yaradıcı duyğuların miqdarı artdıqca da zərər verə bilər. Sevgi, sevinc, xoşbəxtliyi faydalı duyğular olaraq qəbul edirik, lakin miqdarı artdıqca bədənə və həyata zərər verməyə başlayar. Miqdarı artıq olan sevgi insanı qula çevirər, çox xoşbəxtlik tarazlığı pozar, sevinc isə sərxoş edər. Varlılıq və uğur da həddində artıq olduqda fərqli zərərlərə səbəb olar.  Dağıdıcı hesab etdiyimiz duyğular da çox miqdarda zərər verərkən, az miqdarda fayda verə bilərlər. Qorxu, stres, narahtlıq, hirs kimi duyğular bəzən insanın həyatını xilas edə bilər.  O qənaətə gəlmək olar ki, həm yaradıcı, həm də dağıdıcı duyğular miqdarından asılı olaraq faydalı və ya zərərli ola bilərlər. 

Bədənin qidalardan almalı olduğu enerji ehtiyacının miqdarı gündəlik ediləcək hərəkətlərin miqdarından asılıdır. Hər insan fərqli günlərdə fərqli miqdarda hərəkət edər, bu səbəbdən də fərqli miqdarda enerjiyə ehtiyacı olar. İnsan sabit bir anlayış deyil ki, qidalanma miqdarı da stabil olsun. Problemlər də tam burada başlayır ki, qidalanma vərdişləri sabit hal alır və hərəkət miqdarından asılı olmayaraq eyni qədər qida (enerji) qəbul olunur. 

 

Qidalanmada miqdarın əhəmiyyəti

 

Şənbə, Bazar günləri və ya bayram günləri həftə içi günlərdən fərqlənirlər, bir gün az hərəkət etsək, digər bir gün çox hərəkət edə bilərik. Az hərəkət etdiyimiz gün az enerji sərf etmiş olarıq, beləliklə də az qida ilə ehtiyacımızı ödəyə bilərik. Çox hərəkətli olub, çox enerji sərf etdiyimi günlərdə isə 5-6 dəfə də qida qəbul edərək enerji balansını tarazlaya bilərik. Bu balansı qoruyub saxlaya bilmək üçün bədənin ehtiyaclarına nəzər salmaq və onlara uyğun olaraq qidalanmaq və hərəkət etmək lazımdır.   

Artıq çəkilərdən azad olmaq üçün hərəkət miqdarı dəyişməlidir. Qidalanma istiqamətində baş verən dəyişikliklərin bir əhəmiyyəti yoxdur. Siz gündə 1 dəfə də qidalana bilərsiniz, bədəninizin ehtiyacı varsa 5 dəfə də qidalana bilərsiniz. Əsas olan faktor hərəkət miqdarının qidalanma miqdarında çox olmağıdır. Hər gün fərqli miqdarda qidalana və hərəkət edə bilərsiniz. Heç evdən çıxmayan, hərəkət etməyən, müvafiq olaraq da enerji sərf etməyən bir insan stereotiplərə aldanıb niyə gündə 3 və ya 5 dəfə yemək yesin? Həmçinin, 190 sm boyunda və 110 kq əzələli bir kişi ilə 160 sm boyunda olub 50 kq çəkili bir qadının qida miqdarları eyni ola bilməz. 

 

Qidalanmada miqdarın əhəmiyyəti

 

llər uzunu öyrəndiyimiz məlumatlar var ki, gündə 3 dəfə, bəzi proqramlarda isə hətta 5 dəfə əsas qida qəbul etməliyik, bununla yanaşı ara yeməkləri də mütləqdir. Lakin belə olduqda gün ərzində düşüncələr sadəcə yeməyə yönəlmiş olur və çəki atmaq mümkün olmur. Halbuki, sadəcə bədənin ehtiyacı olduğunda qidalansanız, düşüncə və diqqətinizi qidalanmaya deyil, hərəkətə yönəltsəniz doğru addım atmış olarsınız. 

Ən əhəmiyyətli olan, qidalanmaya sadə və az məlumatlarla yanaşmaqdır. Qidalanmanı “çəki aldırar və çəki verdirər” kimi deyil, sadəcə enerji mənbəyi kimi qəbul etmək lazımdır. Nə qədər çox qidalanma, qida qəbulu, qida çeşidi haqqında düşünsəniz, o qədər çox çəki inanclarınızı gücləndirmiş olacaqsınız. Heç bir qida sizin artıq çəkinizinin səbəbi olmaz, onlar sadəcə enerjilərdir. Hər qida qəbulunda fərqli bir çeşid qida qəbul edə bilərsiniz, istənilən çeşid qidaları qəbul edə bilərsiniz, hər qida qəbulunda yumruq qədər qida qəbul etdiyinizdə mədə ehtiyacı olduğu enerjini alır. Sizin doymağınız və lazımi enerjini almaq üçün bədənin ehtiyacı olduğu çeşid və miqdarı qəbul edə bilərsiniz. 

 

Qidalanmada miqdarın əhəmiyyəti

 

Qidalanmada qida çeşidi fayda və ya zərər verməz, miqdar nəticəyə təsir edər. Şüuraltına doğru miqdarı öyrətmək üçün qida haqqındakı inanclarınızı dəyişdirməlisiniz. Duyğuların aclığını duyğuları yaşayaraq qidalandıra bilərsiniz. Emosional aclıq səbəbilə artıq qidalar qəbul etməməlisiniz. Qidalanma ehtiyaclarını isə bədəndən gələn siqnallara diqqət edərək ödəyə bilərsiniz. 

 


Həmçinin bax:

Həmçinin bax:

Buse Uçarkuş 4 ayda necə arıqladığı barədə bizə danışdı Buse Uçarkuş 4 ayda necə arıqladığı barədə bizə danışdı

İnternetdə axtarış edirdim və “Arıqlamada son söz” kitabına rast gəldim, lakin inandırıcı gəlmədi mənə. Sınamaq istədim. Kitabı oxuyub bitirdikdən sonra, mənim üçün çox şey dəyişdi. Qidalara mənasız hisslər yüklədiyimi, hərəkətə q ...

Emosional aclıq nədir? Emosional aclıq nədir?

Zehni qidalanma və fiziki qidalanma arasında çox kəskin bir fərq var. Zehin eqonun yaratdığı səbəblərlə qidalanır, bədən isə sadəcə ehtiyacı olduğunda qidalana bilər. Bədən qidalanmada heç bir qərar verə bilmədiyi üçün, zehnin ve ...

Tez-tez verilən suallar (11-23) Tez-tez verilən suallar (11-23)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (11-23) ...

Bitki çayları ilə bağlı bilməli olduğunuz məqamlar Bitki çayları ilə bağlı bilməli olduğunuz məqamlar

Doqquz il müddətində həkimlər yaşı 30-dan 79-a qədər olan 456000 insanın sağlamlığını və qida vərdişlərini tədqiq etmişlər. Həmin müddət ərzində 1731 qida borusu xərçəngi aşkar olunub. Alimlər müəyyən ediblər ki, müntəzəm olaraq q ...

Deniz EGECE Özge Ulusoyun qonağı oldu Deniz EGECE Özge Ulusoyun qonağı oldu

2 noyabr 2019-cu il tarixində "Arıqlamada Son Söz" və "Arıqlamada Dəyişiklik Müddəti" kitablarının müəllifi, Türk Neyroelm mütəxəssisi Deniz EGECE Show TV-də yayımlanan "Hayat Güzeldir" verilişində Özge Ulusoyun qonağı oldu ...

Sağlamlığınızla bağlı bilməli olduğunuz 10 FAKT Sağlamlığınızla bağlı bilməli olduğunuz 10 FAKT

Çox miqdarda qidalanmanın artıq çəki yaradan səbəb olduğunu qəbul etməlisiniz. Sağlam və ideal bədən üçün bədəninin verdiyi siqnalların fərqinə vararaq, qidalanmaq doğrudur. Heç bir qidanı məhdudlaşdırmadan yeyə bilərsiniz, vacib ...

Tez-tez verilən suallar (24-38) Tez-tez verilən suallar (24-38)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (24-38) ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az