Gündə 10 min addım mifdir ya həqiqət?
Gündə 10 min addım mifdir ya həqiqət?

Gündə 10 min addım mifdir ya həqiqət?

2019/11/12 133

Sağlam olmaq üçün gündə 10 min addım atmaq lazım gəldiyini çoxumuz eşitmişik. Bəs, bu rəqəmi ortaya çıxaran hər hansı bir araşdırma varmı?

Ağıllı telefonlar (smartphone), pedometrlər (addım sayan cihazlar) və ya mobil telefon proqramları vasitəsilə gündə neçə addım atdığını hesablayan və addımlarının sayı 10 minə çatanda özünü yaxşı hiss edən çox sayda adam var. Lakin bu sayğacların səhv "saydığını" iddia edənlər də az deyil.

Amma hər iki tərəf razılaşır ki, göstərilən nəticələr insanın nə qədər aktiv olduğu haqqında ümumi təsəvvür yarada bilir. Siz də gündə neçə addım atdığınızı bilmək istəyirsinizsə, bəzi proqramların maksimum həddinin 10 min olduğunu unutmayın.

 

Gündə 10 min addım mifdir ya həqiqət?

 

10 min rəqəmi hardan əmələ gəlib?

Düşünə bilərsiz ki, 10 min rəqəmi uzun sürən araşdırmaların nəticəsi olaraq ortaya çıxıb. Əslində isə bununla bağlı geniş miqyaslı hər hansı araşdırma yoxdur.

10 min addım fikri 1964-cü ildəki Tokio Olimpiadasından əvvəl satışa pedometr çıxaran bir şirkətin kampaniyasından start götürüb. İdeyanın bu günə qədər gəlib çatması kampaniyanın uğurlu olduğunu göstərir.

O dövrdən sonra aparılan araşdırmalarda 5 min, yoxsa 10 min addımın sağlamlığa daha faydalı olduğu müqayisə edilib və təbii olaraq daha çox addımın daha effektli olduğu aydınlaşıb.

Amma son dövrlərə qədər bu iki rəqəm arasındakı göstəricilər öyrənilməyib.

Harvard tibb fakültəsinin professoru I-Min Lee və onun komandası 70 yaşlarında olan 16 min qadın üzərində araşdırma apararaq gündəlik addım saylarıyla hər hansı səbəbdən ölüm ehtimalı arasındakı əlaqəni öyrənməyə çalışıb.

Qrupdakı qadınların hər biri bir həftə boyunca gündə neçə addım atdığını qeyd edən cihazla hərəkət edib.

Eksperimentdən təxminən 4 il 3 ay sonra qadınların 504-ü vəfat edib.

 

Gündə 10 min addım mifdir ya həqiqət?

 

70 yaşdan sonrası üçün ideal rəqəm - 7500 addım

Sağ qalanların gündəlik orta addım sayı 5500 olub.

Aşkar edilib ki, gündə 4000 min addım atmış qadınların həyatda qalma ehtimalı 2700 addım atanlarla müqayisədə xeyli çoxdur.

Bu nəticə "Nə qədər çox addım atılarsa, o qədər faydalı olar" fikrinin doğru olması qənaətini yarada bilər. Amma araşdırma göstərib ki, addım sayı ancaq bəlli bir həddə qədər sağlamlığa müsbət təsir edir. 7500-dən sonrakı addımlar ömrün uzanmasına səbəb olmur.

Amma araşdırmanın zəif tərəfi də var - 504 nəfərin ölüm səbəbinin xəstəlikdən əvvəlki addım sayıyla bağlı olub-olmadığı məlum deyil.

Araşdırmaya evdən çöldə də yeriyə bilənlər cəlb edilmişdi. Eksperiment iştirakçıları sağlamlıq səviyyələrini özləri dəyərləndirmişdilər. Bəziləri yeriyə biləcək qədər sağlam olduqlarını qeyd etsələr də, səhhətləri çox yeriməyə imkan vermirdi. Yəni mümkündür ki, onlar kifayət qədər sağlam olmadıqlarının fərqində deyildilər və normadan daha az addım atmışdılar. Buna baxmayaraq araşdırma bu yaş qrupu üçün 7500 addımın kifayət etdiyini üzə çıxardı. Hərçənd daha çox yeriməyin bəzi xəstəliklərə qarşı profilaktika xarakteri daşıması ehtimalı da olmamış deyil.

Ola bilsin ki, daha çox addım atmış iştirakçılar həmişə aktiv həyat tərzi keçirmiş şəxslər olub və daha çox yaşamaları da bundan irəli gəlib. Ona görə də əlavə addımları hesablamaqla onların sağlamlığa tam olaraq hansı şəkildə fayda verdiyini hesablamaq asan deyil.

 

Gündə 10 min addım mifdir ya həqiqət?

 

Psixoloji faktor

Optimal addım sayı həm də psixoloji baxımdan problem yaradır. Gündəlik 10 min addım norması çox yüksək hədəf olaraq bəzi insanları həvəsdən sala bilir. Üst-üstə bir neçə gün bu hədəfə çata bilməmək onların ruhdan düşməklərinə səbəb olur. Ona görə də hədəfi azaltmaq psixoloji baxımdan daha həvəsləndirici vəziyyət yaradır. Lakin hətta bu zaman da fasiləsiz olaraq addım sayına fokuslanmaq yeriməkdən zövq alamağa mane ola bilir.

ABŞ-ın Duke Universitetinin əməkdaşı, psixoloq Jordan Etkin aşkar edib ki, addımlarını sayan adamlar daha çox yeriyirlər, amma başqalarına nisbətən yeriməkdən daha az zövq alırlar, çünki bunu bir iş olaraq görürlər. Addımlarını saymayanlarla müqayisədə addımlarını sayanlar yeriməyi bitirəndən sonra özlərini daha az xoşbəxt hiss edirlər.

Addım saymaq ən sağlam insanlara da mənfi təsir göstərə bilir. Çünki daha çox yeriyə bildikləri halda, bəziləri 10 min addım hədəfinə çatmaqla kifayətlənirlər.

 

Gündə 10 min addım mifdir ya həqiqət?

 

Bütün bunlardan hansı nəticəni çıxarmalıyıq?

Əgər addım saymaq sizə həvəsləndirirsə, addımlarınızı sayın, amma bunu da unutmayın ki, 10 min addım hədəfi hər hansı bir fayda vəd etmir. Sizə uyğun hədəfi özünüz müəyyənləşdirin.

Gündəlik etməli olduğunuz hərəkət və atmalı olduğunuz addımların sayı ilə qidalanma miqdarınızı daim balansda saxlamağa fokuslanın, o zaman yürüşün faydalarını həm sağlamlığınızda, həm də bədəninizdə görə bilərsiniz. 


Həmçinin bax:

Həmçinin bax:

Öz-özünə müalicə Öz-özünə müalicə

Artıq çəki problemini sənin yerinə bir başqası həll edə bilməz, çünki yaşadıqlarını və şüurunun quruluşunu heç kim səndən daha yaxşı bilə bilməz. Şüurunu kodlamalarla yenidən formalaşdıra bilərsən, qorxuların, mənfi düşüncələrin v ...

NLP nədir? NLP nədir?

NLP (Neuro-Linguistic Programming – Neyro-Linqvistik Proqramlaşdırma), duyğu və düşüncələrinizi yönləndirərək, keçmiş yaşantılarınızdan gətirdiyiniz mənfi duyğu və düşüncədən xilas ola bilməyiniz üçün müasir texnikalarla həyatınız ...

Mən bacarıram, sən də bacararsan Mən bacarıram, sən də bacararsan

Bu yaxınlarda isə kökəlməyimin səbəbini öyrəndim. Dəniz bəyin kitabında oxumuşdum. "Bu günki bədənin keçmiş düşüncələrinin nəticəsidir". Bəzi insanlar özlərini o qədər də çox sevmirlər məndə onlardan biri idim. Özümü heç vaxt sevm ...

“Qidalanma sizin çəki almağınıza səbəb olmaz” – Deniz Egece “Qidalanma sizin çəki almağınıza səbəb olmaz” – Deniz Egece

Qalıcı arıqlama üçün şüuraltında yatan inancları, duyğuları, düşüncələri dəyişdirmək lazımdır, yediyiniz yeməkləri deyil. “Arıqlamada son söz” kitabında da deyildiyi kimi pəhrizlər qalıcı arıqlamağa kömək etməz. Çünki pəhrizdə qid ...

Deniz EGECE Özge Ulusoyun qonağı oldu Deniz EGECE Özge Ulusoyun qonağı oldu

2 noyabr 2019-cu il tarixində "Arıqlamada Son Söz" və "Arıqlamada Dəyişiklik Müddəti" kitablarının müəllifi, Türk Neyroelm mütəxəssisi Deniz EGECE Show TV-də yayımlanan "Hayat Güzeldir" verilişində Özge Ulusoyun qonağı oldu ...

Düşüncələrimizin həyatımıza təsiri Düşüncələrimizin həyatımıza təsiri

Şüur, aləmlərdə dövran edir, gələndə bədənin şəklini alır, gedəndə isə bədənini yox edir. Şüur tarla kimidir, nə əkirsənsə, onun da meyvəsini verir. Yaradıcı düşüncələr əksən, bədənində pozitiv duyğular, gözəl davranışlar yaranar. ...

Maddələr mübadiləsi və çəki problemi Maddələr mübadiləsi və çəki problemi

Maddələr mübadiləsinin sürəti insanın o andakı düşüncələri, əzələ quruluşu, bədən ağırlığı və həcmi ilə mütənasibdir. İnsanın bədənində artıq yağların olması və əzələlərin zəif olması maddələr mübadiləsinin ümumi sürəti və çalışma ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az