7 yaşından artıq çəkidən əziyyət çəkən Hanife Bilgiçin uğur hekayəsi
7 yaşından artıq çəkidən əziyyət çəkən Hanife Bilgiçin uğur hekayəsi

7 yaşından artıq çəkidən əziyyət çəkən Hanife Bilgiçin uğur hekayəsi

2019/10/26 179

Mən – Hanife Bilgiç. Evliyəm, biri 21, digəri 10 olmaqla iki qızım var. 

7 yaşıma qədər çox arıq olmuşam, bir müddət sonra çəki almağa başladım. 10 yaşımdan ta ki, bu metodla tanış olana qədər hər zaman pəhrizlər tətbiq etdim, lakin nəticələri olmadı. Mənim kefimin pozulmaması üçün anam “qızım, atan tərəf hamısı kökdür, sən də onlara oxşamısan, boşuna pəhriz saxlama” deyirdi. İllər uzunu tətbiq etmədiyim pəhriz, dərman, ot, yağ qalmadı. Hətta kremlərlə masaj belə etdirdim, yenə alınmadı. Lakin hər zaman bir ümidim var idi, bir gün bu çəkilərdən azad olacam, amma necə? Yemək yeməyi sevirdim, yatmağı sevirdim, ac qaldığımda kefsiz olurdum və başım ağrıyırdı.

Mənim kimi çəkili insanların istəyi – ac qalmadan 1 həftə ərzində istədiyimiz bədənə nail olmaqdır, səbrimiz yoxdur, bir anda olsun istəyirik. 

 

Yeni nəticələr üçün formalaşma prosesinə inanmalı və bunu səbirlə davam etdirməlisən. “Görəsən olar, ya yox?” – deyə bir şey yoxdur, səbirlə davam etsən, yeni nəticəni mütləq əldə edəcəksən

 

Yenə bir gün pəhriz proqramı axtarırdım, qarşıma “Arıqlamada son söz” kitabı ilə arıqlayanların rəyləri çıxdı. Həmin anda zəng etdim və sifariş verdim. 2 gün sonra kitab gəldi və oxumağa başladım, həyatımda ilk dəfə bir kitabı oxuyurdum və oxuyaraq oxumaq istəyirdim. İlk dəfə kitabı oxuyub bitirdikdən sonra, həyata baxışlarım o qədər dəyişmişdi ki, həyat yoldaşım dedi ki, “Bu kitabı kim yazıbsa, Allah ondan razı olsun”. 

Kitabın yetərli olmadığını düşündüm, bu haqda daha çox məlumat istəyirdim deyə Şüur kodlama cihazını əldə etdim. O da bir başqa motivasiya verirdi. Bu metodla bağlı nə varsa hamısını araşdırdım, online təlim olduğunu gördüm, ona da başladım. Sözün əsl mənasında bu metod məni oyandırdı. Düşərgə haqqında məlumat aldım, kitab, cihaz və təlimin mənə bu qədər təsir etidiyini görmüşdüm, düşərgənin tam başqa təsiri olacağına inanırdım. Lakin bəzi səbəblərdən düşərgədə iştirak etməyim mümkün deyildi. Keçdiyim təlimlərdə öyrəndiyim kimi canlandırma etməyə başladım və mümkünsüz olan düşərgədə iştirakımı reallaşdırdım. 

 

Təsəvvüründə canlandırma vasitəsilə vərdişlərini və davranışlarını dəyişdirə bilərsən. Artıq çəkindən xilas ola bilər və xəstəliklərini müalicə edə bilərsən, uğurlarını artıra bilər və imkansız olan istəklərini həyata keçirə bilərsən. 

 

2017-ci ilin yayın son düşərgəsinə qatıldım, möcüzə kimi idi. Deniz bəylə tanış olmaq, ondan təlim almaq möhtəşəm idi. Hər şey çox gözəl idi, tam formulu öyrəndik. Həyatım dəyişdi, heç bir xəstəlik, heç bir kədər qalmadı həyatımda. Miqren və Narahat ayaqlar sindromu deyə bir xəstəliyim var idi, hər ikisi müalicə olundu. Çox tənbəl idim, indi qarışqa kimiyəm. 

 

Kaş ki, Deniz bəy bu kitabı 20 il öncə yazmış olardı.

 

Bir stəkan suyu belə uşaqlarımdan istəyirdim. Hərəkəti sevmirdim, indi hərəkətə qarşı olan inanclarım dəyişdikdən sonra 5 saat fiziki çalışmalar belə mənə az gəlir, həm evdə, həm işdə hər zaman hərəkət edirəm.

Mənim illər uzunu sınaqdan keçirmədiyim üsul qalmamışdı. İndi səbri öyrənmişəm, 52 ölçüdən 42 ölçüyə qədər arıqladım. Hədəfim 38-dir.

 

Formalaşma prosesinə səbrlə inanıb istənilən ideal bədənin təsvirini zehnində güc- ləndirdiyin zaman ideal bədənə mütləq qovuşacaqsan.

 

Bütün səmimiyyətimlə deyirəm, inanın ki, şüuraltında yatan düşüncə və inanclar dəyişmədikcə, heç bir şey bizim çəki atmağımıza kömək etməz. Pulunuzu, vaxtınızı, həyatınızı boşuna xərcləməyin. Deniz Egecenin tapdığı bu metoddan başqaları yalandır. Deniz bəyə bizi oyatdığı üçün və verdiyi bütün məlumatlar üçün sonsuz təşəkkür edirəm. 

 

7 yaşından artıq çəkidən əziyyət çəkən Hanife Bilgiçin uğur hekayəsi


Həmçinin bax:

Həmçinin bax:

Deniz Egece ilə müsahibə (2-ci hissə) – Leyla Sarabi Deniz Egece ilə müsahibə (2-ci hissə) – Leyla Sarabi

- Deniz bəy, yazdığınız kitabların hamısında qalıcı ideal çəkinin mümkünlüyündən bəhs edirsiniz. Elə bu məqamdan başlayaq... - Bu günədək 6 kitab yazmışam. Lakin hər biri eyni məqsədə köklənib - qalıcı arıqlamaq. Çünki artıq çə ...

Deniz Egece ilə müsahibə (1-ci hissə) – Leyla Sarabi Deniz Egece ilə müsahibə (1-ci hissə) – Leyla Sarabi

Mən övladlığa verilmiş uşaq olmuşam. Buna görə də çox psixoloji problemlər yaşamışam. Hətta o həddə çatmışdım ki, çəkim 160 kilo olmuşdu. Elə bu müddətdə yoqa ilə tanış oldum. Zamanımı daxili təmizlənməyə, ruhumu anlamağa həsr etd ...

Təranə İsmayılovanın 20 kq Arıqlama Hekayəsi Təranə İsmayılovanın 20 kq Arıqlama Hekayəsi

Diyetoloqlara çox gedirdim, onlar yeməklərə o qədər qadağa qoyurlar ki, yeməklərə həsrət qalırdım. İstədiyim çəkiyə düşəndən sonra sevdiyim yeməkləri yeyirdim və təkrar iki qat o çəkiləri geri alırdım. Daha sonra diyetoloqlara ina ...

Hərəkət və qidalanma balansının əhəmiyyəti Hərəkət və qidalanma balansının əhəmiyyəti

Nə yediyin deyil, nə qədər yediyin əhəmiyyət daşısa da, ondan da əhəmiyyətli olan nə qədər hərəkət etməyindir. Gün ərzində 10.000 kalori qəbul edən bir insan əgər 11.000 kalori sərf edəcək hərəkət edirsə, səncə o artıq çəki alar? ...

96 kq-dan 76 kq-a qədər arıqlayan Ali Okatan 96 kq-dan 76 kq-a qədər arıqlayan Ali Okatan

O an başa düşdüm ki, həddindən artıq çəkiliyəm. Mütləq çəki atmalı idim və metodları araşdırmağa başladım. Pəhrizlər haqqında çox məqalə oxudum, bir çox pəhrizləri araşdırdım və insan bədəni üçün bütün pəhriz proqramlarının zərərl ...

Emosional aclıq nədir? Emosional aclıq nədir?

Zehni qidalanma və fiziki qidalanma arasında çox kəskin bir fərq var. Zehin eqonun yaratdığı səbəblərlə qidalanır, bədən isə sadəcə ehtiyacı olduğunda qidalana bilər. Bədən qidalanmada heç bir qərar verə bilmədiyi üçün, zehnin ve ...

Arıqlamağımıza mane olan 8 əsas faktor Arıqlamağımıza mane olan 8 əsas faktor

Pəhriz seçimində, adətən, bir çox insanlar hipokalorik pəhrizi (aşağı kalorili qidalanma) seçir, bu isə çəkinin azalmağına deyil, sadəcə enerji sərfiyyatına təsir göstərir. Orqanizm, fəaliyyətini davam etdirmək üçün enerji sərf et ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az