Tez-tez verilən suallar (1-10)
Tez-tez verilən suallar (1-10)

Tez-tez verilən suallar (1-10)

2019/10/17 388

1.    Deniz Egece Arıqlama Metodunun digər arıqlama metodlarından fərqi nədir?

Digər metodlar müxtəlif pəhriz, idman, əməliyyat və dərmanlar təklif edirlər. Deniz Egece Arıqlama metodunda isə bu saydıqlarımızın heç biri yoxdur. Bu metod, problemin təməli olan şüuraltındakı məlumatların dəyişdirilməsini izah edir və öyrədir. Təlimlə qalıcı arıqlama metodu Neyroelmə əsaslanır və qalıcı nəticələr təklif edir. Təəssüf ki, digər metodların nəticələri müvəqqətidir, çünki şüuraltında olan məlumatları dəyişdirmir. Deniz Egece arıqlama metodu isə sadəcə arıqlatmır, həmçinin, insana, şüuraltını deyişdirməyi və onu kökəldən inanclarını neytrallaşdırmağı öyrədir. Bunların əvəzinə isə, ideal bədənə sahib olmağa gətirib çıxaracaq inancları kodlayır. Bədən ilə zehni barışdırır, şüuraltındakı məlumat, düşüncə və duyğuları dəyişdirir, özünə inamı artırır, diqqəti yönəltməyə kömək edir, əsəb və kini yoxa çıxardır, keçmiş ilə barışdırır, qidalanma, hərəkət və bədən haqqında var olan bilikləri dəyişdirməyə səbəb olur. Doğru sayılan, lakin yanlış olan inanclar ilə üzləşdirərək, onları neytrallaşdırır. 


2.    Düşüncə gücü ilə necə sağalmaq olur?

Düşüncə gücü deyəndə ağlınıza qaşığı əymək kimi bir şey gəlməməlidir. Heç bir düşüncə hansısa bir obyekti və ya maddəni hərəkətləndirə bilməz. Lakin düşüncələrimiz maddənin içində olan enerjilərə təsir edə bilmə gücünə sahibdirlər. Məsələn, stress, mənfi düşüncələr, hirs, qayğı kimi hislər bədənimizdəki enerjiyə təsir göstərərək hüceyrələrimizin öz funksiyalarını sağlam yerinə yetirə bilməməyinə və xəstələnməyimizə səbəb olur. Beləliklə, özümüzü xəstələndirə biliriksə, deməli sağalda da bilərik. Mənfi düşüncələri müsbət düşüncələrlə, yanlış inancları isə doğru inanclarla əvəz edərək həyatımızı düzgün istiqamətləndirə bilərik. 


3.    Düşüncə gücü ilə necə arıqlamaq olar?

Çəki yığmaq və ya atmaq prosesi uzun bir müddət tələb edir. Çəki almağa səbəb olan faktorlar qidalanma, bir qida qəbulunun həcmi, hərəkətsizlik, hərəkət və məşqlər haqqında beynimizdəki çəki almağa səbəb olan düşüncə və inanclardır. Şüuraltımızda bu cür inancların var olması vərdiş və davranışlarımızın təkrarlanmasına gətirib çıxarır. Beləliklə, səhv vərdişlərimiz çəki almağa, düzgün vərdişlərimiz isə çəki atmağa və ideal bədənə sahib olmağa səbəb olur. Bu vərdişlərimiz şüuraltı tərəfindən idarə olunur və onlar dəyişdiyində bədənimiz də qalıcı olaraq dəyişər. Bununla yanaşı, şüurumuzda bədənimiz və görünüşümüz haqqında olan məlumatlar ideal bədən quruluşumuzun formalaşmasına səbəb olur.


4.    Pəhrizsiz necə arıqlamaq olar? 

Pəhriz (qidalanma) bədənə giriş hissə deməkdir, beyninizi daim pəhrizə fokusladığınızda girişi möhkəmləndirirsiniz, bu isə həddən artıq qida haqqında düşünməyə gətirib çıxarır. Pəhriz yerinə hərəkət, yəni enerji sərfiyyatı haqqında düşünmək lazımdır. Metodumuzda qida baxımından hər hansı bir qadağa yoxdur, bədənin ehtiyacı olan qədər yemək üçün yönləndirilmiş təlqinlər var. Çəkiyə səbəb olan hərəkətsizlikdir, çəkini atmağa da səbəb hərəkətlilik olacaq. Pəhriz bir kökəlmək üsuludur, pəhriz etdiyiniz müddətcə çəki atarsınız, lakin dayandırdığınız anda artıqlaması ilə yenidən çəki yığarsınız. Qidalanmaya və hərəkətə olan münasibətiniz, düşüncələriniz, inanclarınız dəyişmədiyi müddətdə qalıcı arıqlamağınız mümkün olmayacaq. 


5.    Bu metodun istifadəsindən sonra nəticə əldə etmədiyimiz təqdirdə nə olacaq?

Bu metod təlimlə arıqlama üsulu olduğundan, tək metodun təqdim etdiklərindən deyil, həmçinin, sizin münasibətinizdən də asılıdır. Bir insan bir işi öyrənmək üçün cəhd göstərərsə, o işi öyrənər. Nəticə almamağınız bizimlə yox, sizin bu metoda dəyər verməməyinizlə əlaqəli bir haldır. Nəticə əldə etmərəm deyə bir şey yoxdur. Özünüzə öyrənməyə icazə verdiyinizdə və öyrənmək üçün cəhd göstərdiyinizdə mütləq nəticə əldə edəcəksiniz. Hər bir tədris mütləq nəticə verir, şüuraltınızdakı dəyişimlər bədənimizdə və həyatımızda da dəyişimlərə səbəb olacaq.


6.    Çəki ata bilməyənlər məhsulu geri qaytara bilərmi?

Təəssüf ki, bütün sənət və elm adamlarının iş, əsər və xidmətləri müəllif hüquqları №6502 ilə qorunur və buna əsasən geri qaytarma mövcud deyil. Lakin cihazda hər hansısa bir texniki nasazlıq yaranarsa, məhsul dəyişdirilir.


7.    Məhsulu 1 nəfərdən artıq insan istifadə edə bilər mi? Uşaqların istifadə etməyinə bir əks-göstəriş var mı?

Bəli, bütün ailə istifadə edə bilər, cihazın içərisində olan təlqinlərin heç bir əks təsiri yoxdur, əksinə hər bir kəsə müsbət yöndə bir təsir edəcək. Yuxu problemi, psixosomatik xəstəlikləri olan insanların sağalmalarına səbəb olacaq. 


8.    Şüur kodlanması ilə necə arıqlamaq mümkündür? Qulaqcıq ilə bu necə baş verir? 

Qulaqcığın özündə və ya cihazda bir möcüzə yoxdur, Dəniz bəyin 15 il ərzində işlədiyi çəkili və ideal bədəndə olan insanların nümunəsi əsasında hazırlanan təlqinlər sizin şüuraltınızın dəyişməyinə səbəb olur. Cihazın bir özəl xüsusiyyəti yoxdur, satışda mövcud olan adi mp3 musiqi cihazıdır. Bəzi insanlar cihazdan gələn tezliklərin beyni dəyişdirəcəyinə və ya sağaldacağına inanır, beyindəki məlumatları tezliklər dəyişdirə bilməz, cihazda oxunan təlqinlər və verilən məlumatlar sizin düşüncənizin dəyişməyinə səbəb olacaq. 


9.    Yenə əvvəlki kimi yemək yeyə biləcəm, qidalanmamda bir dəyişiklik olmayacaq ki? 

Bu metoda başladıqdan sonra hətta əvvəlkindən daha çox çeşidlə qidalanacaqsınız, yenə hər cür qidanı qəbul etməyə davam edə biləcəksiniz. Lakin qida qəbulu anlayışınız dəyişəcək, hər yediyinizi (şirniyyat, şorba, salat, qatıq və s.) beyniniz bir qida qəbulu kimi qavrayacaq. Qeyri-ixtiyari bir şəkildə miqdarda azalma olacaq, bu azalma bədənin ehtiyac səviyyəsinə enməkdən yaranacaq. Şüuraltınız ehtiyacınızın yumruq qədər qida olduğunu qavrayacaq və bunu vərdişə çevirəcək. Bununla yanaşı, hərəkət istəyiniz artacaq, hərəkətə qarşı olan inanclarınız dəyişəcək, bədənə olan dəyər və sevginiz çoxalacaq. Qidalanmada heç bir qadağa olmadan artıq çəkilərinizdən azad olacaqsınız. 


10.    Bu metodla arıqladıqdan sonra yenidən çəki yığa bilərəm?

Bədən və şüurdakı məlumatlar stabil olmadığı üçün ömür boyu çəki almaqla qarşı qarşıyayıq. Lakin təlqinlərə təkrar-təkrar qulaq asdıqda inancınız güclənəcək. Şüuraltınızdakı inanclarınız gücləndiyində çəki almaq riski olmur. Məsələn, bir müsəlmana donuz əti yedirdə bilərsinizmi? Xeyr, çünki inancı güclüdür. Qidalanma və hərəkət haqqında düzgün inanclar əmələ gəldiyində risk aradan götürülmüş olur. 
 


Həmçinin bax:

Həmçinin bax:

Xəstəliyinə qalib gəldi və artıq çəkilərindən azad oldu Xəstəliyinə qalib gəldi və artıq çəkilərindən azad oldu

Helə bir vəziyyətdə idim ki, hansı yeməyin mənim sağlamlığıma xeyir, hansının ziyan olduğunu düşünməkdən yorulmuşdum. Qan qruplarına uyğun pəhrizləri də sınadım. Qan qrupum orh- olduğundan, pəhrizə əsasən, hətta, kivi də yeyə bilm ...

Arıqlamaq üçün düşərgəyə getdim, bütün həyatım dəyişdi Arıqlamaq üçün düşərgəyə getdim, bütün həyatım dəyişdi

Deniz Egecenin Təlimlə Arıqlama metodu ilə təsadüfən tanış oldum. İlk öncə inandırıcı gəlməsə də, ətrafımda bu metoddannəticə etmiş insanlar var idi, mən də sınamaq istədim. Deniz Egece Arıqlama Düşərgəsində ilk dəfə bacım iştirak ...

Bitki çayları ilə bağlı bilməli olduğunuz məqamlar Bitki çayları ilə bağlı bilməli olduğunuz məqamlar

Doqquz il müddətində həkimlər yaşı 30-dan 79-a qədər olan 456000 insanın sağlamlığını və qida vərdişlərini tədqiq etmişlər. Həmin müddət ərzində 1731 qida borusu xərçəngi aşkar olunub. Alimlər müəyyən ediblər ki, müntəzəm olaraq q ...

Prof Dr Çingiz Rəhimov Deniz Egecenin Arıqlama metodu haqqında danışdı Prof Dr Çingiz Rəhimov Deniz Egecenin Arıqlama metodu haqqında danışdı

Deniz Egecenin elmi araşdırmaları təqdirə layiq bir çalışmalardır. Çəki problemi ilə bağlı olan araşdırmaları isə dünyada bir ilkdir və qalıcı həll yolu təqdim edir. Xəstəliklərin 80%-i psixosomatikdir, yəni zehnin bədəndə yaratdı ...

Deniz EGECE Özge Ulusoyun qonağı oldu Deniz EGECE Özge Ulusoyun qonağı oldu

2 noyabr 2019-cu il tarixində "Arıqlamada Son Söz" və "Arıqlamada Dəyişiklik Müddəti" kitablarının müəllifi, Türk Neyroelm mütəxəssisi Deniz EGECE Show TV-də yayımlanan "Hayat Güzeldir" verilişində Özge Ulusoyun qonağı oldu ...

48’dən 40 ölçüyə qədər incələn Həvva xanım… 48’dən 40 ölçüyə qədər incələn Həvva xanım…

Mən – Almaniyadan Həvva Akduman. 10 il bundan öncə qaynatamı və anamı itirdim. 3 il öncə isə gənc yaşda qardaşımı itirdim. Hər zaman məni qardaşıma oxşadırdılar, onun ölümündən sonra isə mən də gənc yaşda öləcəm deyə həyatdan soyu ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az