Mən bacarıram, sən də bacararsan
Mən bacarıram, sən də bacararsan

Mən bacarıram, sən də bacararsan

2019/10/17 837

Salam, mən – Baxşızadə Aytac. 

Həyatımın 1/3 hissəsini artıq çəkilərlə, komplekslərlə yaşadım. Niyə kökəldiyimi də bilmirdim. Çünki əvvəl arıq olmuşam, hətta bacım biraz çəkili idi onunla əylənərdimki "utan, bu nə bədəndir yaşıyırsan, biraz arıqla, az ye". Daha sonra, yəni 2009-cu ildən, özüm kökəlməyə başladım. Bu dəfə isə əksinə oldu; bacım arıqladı, çəkilərindən qurtuldu, amma mən getdikcə daha çox, daha çox kökəlməyə başladım və dayandıra bilmədim. Nəhayət o qorxulu rəqəmi may ayında tərəzidə gördüm: 87.8 KQ. Tam tamına 30 kiloqram artıq çəkim var idi. Beləcə 7 il mən 30 kiloqramı özümlə hər yerə daşıdım. 

 

Baxışzadə Aytac

 

Bu yaxınlarda isə kökəlməyimin səbəbini öyrəndim. Dəniz bəyin kitabında oxumuşdum. "Bu günki bədənin keçmiş düşüncələrinin nəticəsidir".

Bəzi insanlar özlərini o qədər də çox sevmirlər məndə onlardan biri idim. Özümü heç vaxt sevməzdim, hər zaman qüsurlarımı görürdüm. Gəlim əsas məsələyə. Fikirləşməyə başladım. Mən 2009-cu ildə niyə kökəlməyə başladım? Həmin tarixdə nələr olmuşdu? Bir bir düşündüm. Və BİNGO! tapdım. 2009-cu ildə dayım evlənmişdi və yoldaşıda çox gözəl idi, amma birazda yaşına görə çəkili idi. Böyük xalamın isə hər zaman onun üçün dediyi bir sözü vardı "üzü gözəldi kaş ki, biraz arıq olsaydı". Fərqində olmadan bu söz beynimə işləmişdi. Şüur altımda "kökəlsəm məndə gözəl olacam" kimi oturmuşdu bu düşüncə.

 

7 il keçdi, mən 30 kilo artıq çəki ilə gəzərkən 2019-cu ilin may ayında İnstagram-da ödənişsiz arıqlama testinə rast gəldim və keçdim Çəkim artıq 90 kq-a çatmışdı. Hərəkətliliyim məhdudlaşmışdı, həddindən artıq çox yeyirdim və stressli idim. Mütəxəssis mənimlə əlaqə saxladı və artıq 3 gün sonra “Arıqlamada Son Söz2 kitabını mənə göndərdilər. İyun ayının 1-də kitabı oxumağa başladım. İlk 2 ay kitabı qavramadan, bədii roman kimi oxudum, sonra yenidən mütəxəssis mənimlə əlaqə saxlatı və təlimat verdi. Kitabı ikinci dəfə başladım oxumağa, daha diqqətlə və qavrayaraq. 

23 iyul 2019-cu ildə qərar verdim: “nə olursa olsun arıqlayacam”. 27 sentyabrda 79 kq çəkidə idim artıq. Belimin ölçüsü 100 sm-dən 86.5 sm-ə düşmüşdü. Hazırda 75 kq çəkidəyəm, irəlidə 20 kiloluq daha yolum var ruhdan düşmürəm mən bacardığımı gördüm.

Hər şeyin beyində bitdiyini anladım. Bunu mənə öyrətdiyi üçün Deniz Egeceyə və onun gözəl səmimi kollektivinə sonsuz təşəkkür edirəm. 

Kiməsə deyəndə ki, sadəcə kitabla arıqlayırsan ona qəribə gəlir, amma deyəndə ki bir şəxsin fikirləri sənin də düşüncəni dəyişir o zaman inanır. Deniz Egecenin fikirləri, yəni bu kitab həqiqətən də insanı dəyişə bilir.

Bu gün qısa köynəklə çox rahat çolə çıxa bildim. Əvvəllər isə enli, uzun yaşıma uyğun olmayan geyimlərlə gəzirdim, mən bacarıram, sən də bacararsan. Çalış, davam et, axtar, fikirləş. Bu gün artıq çəkili olmağına səbəb nədir? Bunu tap. O düşüncəni yıx! Yerində sağlam düşüncələr inşa et.

Sizə minnətdaram haqqınızı necə ödəyəcəyimi bilmirəm. Çox sağolun hər şey üçün. Başda Dəniz bəyə sonra Günel xanıma və ən əsası sizə təşəkkürüm minnətim sonsuzdu. Məni yenidən yaratdınız, özümə güvənim sevgim hörmətim artdı.

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az