Psixosomatik xəstəliklər və onların müalicəsi
Psixosomatik xəstəliklər və onların müalicəsi

Psixosomatik xəstəliklər və onların müalicəsi

2019/10/14 214

Yunan dilindən tərcümədə “psixosomatika” – “psyche” - ruh və “soma” - bədən deməkdir, yəni, beynin fiziki bədənə təsirini ifadə edən bir termindir.

Psixosomatik xəstəlik – düşüncə və inancların yaratdığı hislərin nəticəsində əmələ gələn hormon dəyişikliklərinin bədəndə xəstəlik olaraq ortaya çıxmasıdır. Bu, o deməkdir ki, insan, öz hiss və düşüncələri ilə bədənin hüceyrə, orqan və sistemlərinin fəaliyyətində axsaqlıqlar yaradır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş psixosomatik xəstəliklər sırasında köklük, piylənmə, xərçəng, miqren, şəkərli diabet, alergiya və d. mövcuddur. Zehinsəl sağlamlıqla insan bədəninin fiziki funksiyaları hər zaman bir-birindən asılı vəziyyətdə olur.  Psixosomatik xəstəlik, əslində, heç bir fizioloji səbəbi olmayan, özünü fiziki simptomlarla biruzə verən psixoloji narahatlıqdır. Psixosomatik xəstəliklərin yaratdığı fiziki simptomalara bədənin müxtəlif orqanlarında (baş, bel, qarın) yaranmış ağrılar, qıcolma, ürək bulanması, menstrual pozğunluq və s. aiddir. 

 

 

Hər hansı bir fiziki xəstəlik zamanı insan psixoloji olaraq narahatlıq keçirir, eynilə də, əsəb, stress, həyəcan, qorxu kimi psixoloji narahatlıqlar somatik olaraq xəstəliklərə gətirib çıxarır.

Psixosomatik xəstəliklərin müalicəsində dərmanlar təsirsiz olur, bu səbəbdən də psixoloji durum sağlam hala salınmayana qədər bu tip narahatlıqlardan qurtulmaq mümkün olmaz.

Psixosomatik xəstəliklərin yaratdıqları ağrılar psixogen ağrılar adlanır və insanın psixoloji durumundan yaranırlar. Adətən, bu kimi halları insanlar qəbul etmirlər və psixosomatik xəstəlikləri tibbi üsullarla müalicə etməyə çalışırlar. Lakin bu xəstəliklərin əsasında gərginlik, emosional yüklənmə, həyəcan, qorxu, əsəb, stress kimi faktorlar yatır.

Psixosomatik xəstəliklər bir neçə qrupa bölünür. Ən geniş yayılmış psixosomatik xəstəliklər sırasında baş ağrıları var. Lakin bu ağrıları miqrendən fərqləndirmək lazımdır. Miqren ağrıları birtərəfli, ritmik şəkildə olur, psixogen ağrılar isə bütün baş nahiyəsində olur, adətən, gözlərə də təsir edir.

Həmçinin bax: Emosional aclıq nədir?

Bu xəstəliklər, emosiyalarını tam yaşamayan insanlarda daha çox müşahidə olunur. Belə ki, xroniki yorğunluq, neqativ düşüncələr, psixi gərginlik, özünə inam əskikliyi, aqressiya, qısqanclıq kimi narahtlıqlar biruzə verilmədiyində somatik əlamətlərlə ortaya çıxmağa başlayırlar. Psixosomatik xəstəliklər, qadınlarda daha çox üstünlük təşkil edir.

İnsanın psixikası, şüur, yəni ən kiçik hesab olunan dərk edilən tərəf, və bədənimizin bir çox proseslərini həyata keçirən və idarə edən böyük tərəf – şüuraltı olaraq 2 hissədən ibarətdir.

Şüurda mövcud olan düşüncə və inancların yaratdığı hislərin nəticəsində əmələ gələn hormonların bədəndə xəstəlik olaraq ortaya çıxmasına psixosomatik xəstəlik deyilir. Psixosomatik xəstəliklərdən qurtulmaq üçün isə təkcə şüur yox, şüuraltı da hərəkətə keçməlidir. Şüuraltında yatan və vərdiş halına çevrilən mənfi inanc, düşüncələr və davranışlar neytrallaşdırılmalıdır, əvəzində isə müsbətlər şüuraltına inandırılmalıdırlar.

 

 

Qadınlar arasında geniş yayılmış psixosomatik xəstəliklər sırasına daxil olmuş fiziki narahatlıqlardan biri də artıq çəkidir. Belə ki, artıq çəkinin əsas səbəblərindən biri emosional aclığı qidalarla yatızdırmağa çalışmaqdır. Bu isə həm bədənin ehtiyacı olmayan qidaları qəbul etməyə, həm də hərəkətsizliyə gətirib çıxarır. Qidalanma və hərəkətlilik balansı pozulduqda isə bədəndə artıq çəki yaranır və fiziki quruluş korlanır.

 

Psixosomatik xəstəliklərin müalicəsi

Bir çox psixosomatik xəstəliklərin müalicəsi dərman və ya digər tibbi üsullarla mümkün deyil.  O zaman, bu tip narahatlıqları necə aradan qaldırmaq və normal həyata geri dönmək olar? Təbii ki, psixogen səbəbləri aradan qaldıraraq. Səbəblər arasında isə psixoloji travma, duyğuları ifadə edə bilməmə, daxili müqavimət, kin, stress, emosional gərginlik üstünlük təşkil edir.

Psixosomatik xəstəliklərin ən effektiv müalicə üsulu – özünə müalicədir. Müalicənin ilk etapında insan, öz xəstəliyinin səbəbləri ilə üzləşməlidir. Adətən, səbəblərin şüuraltında yatdıqları üçün, müalicə də şüuraltını dəyişdirərək aparılmalıdır. Bunun üçün ən az 21 günlük bir müddətə ehtiyac var.

Əgər psixosomatik xəstəliklərin yaranmağına səbəb bizim mənfi düşüncə və yanlış inanclarımız olubsa, o deməkdir ki, müsbət düşüncə və doğru inanclarımızla yaratdığımız xəstəlikləri müalicə də edə bilərik. Bunun üçün, insan öz-özünə təlqinlər edərək mənfi düşüncələrini müsbət düşüncələrlə, yanlış inancları isə doğru inanclarla əvəz edərək psixoloji vəziyyətini sağalda, bununla da psixosomatik adlandırdığımız narahtlıqlardan azad ola bilər.


Həmçinin bax:

Həmçinin bax:

3,5 ayda 30 kq arıqladı 3,5 ayda 30 kq arıqladı

Özümü bildiyimdən bəri artıq çəkidən əziyyət çəkmişəm. Uşaqlığımdan bəri çəkili olmuşam. O vaxt bunu tam anlamadığımdan o qədər də problem olmayıb mənim üçün, lakin böyüdükcə çox narahat etməyə başladı məni. Ətrafdan gələn fikirlə ...

Buse Uçarkuş 4 ayda necə arıqladığı barədə bizə danışdı Buse Uçarkuş 4 ayda necə arıqladığı barədə bizə danışdı

İnternetdə axtarış edirdim və “Arıqlamada son söz” kitabına rast gəldim, lakin inandırıcı gəlmədi mənə. Sınamaq istədim. Kitabı oxuyub bitirdikdən sonra, mənim üçün çox şey dəyişdi. Qidalara mənasız hisslər yüklədiyimi, hərəkətə q ...

Elşad Seyfullayevin hekayəsi Elşad Seyfullayevin hekayəsi

Mən – Elşad Seyfullayev, 35 yaşım var, Bakıda yaşayıram. Bizim ailədə hamı - anam, bacım, yoldaşım kökdürlər. Mən özüm də həmişə köklükdən əziyyət çəkmişəm, bu sağlamlığıma da təsir edib. Ətrafımda da, dostlarımın arasında tək kök ...

Deniz Egece İctimai TV-də qonaq oldu Deniz Egece İctimai TV-də qonaq oldu

22 noyabr 2019-cu il tarixində İctimai TV-nin “Sağlam Yaşamaq” verilişində invaziv kardioloq Rasim Məhərrəmovun qonağı Türk Neyroelm mütəxəssisi Deniz Egece oldu. ...

Pəhriz arıqlatmır, kökəldir - Deniz Egece Pəhriz arıqlatmır, kökəldir - Deniz Egece

Əslində prinsip çox sadədir: yemək-içməyə maraqları olmayan bu insanların zehinlərini pəhriz siyahıları və yeməklə məşğul edərək, zehin xəritələrində yeməyə olan maraqlarını artırıram. Əvvəlcə, özlərinə sərhəd qoysalar da, qısa mü ...

Emosional aclıq nədir? Emosional aclıq nədir?

Zehni qidalanma və fiziki qidalanma arasında çox kəskin bir fərq var. Zehin eqonun yaratdığı səbəblərlə qidalanır, bədən isə sadəcə ehtiyacı olduğunda qidalana bilər. Bədən qidalanmada heç bir qərar verə bilmədiyi üçün, zehnin ve ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az