Emosional aclıq nədir?
Emosional aclıq nədir?

Emosional aclıq nədir?

2019/10/02 152

Aclığın iki növü var – zehni (emosional) və fiziki aclıq. Qida insan orqanizmini enerji ilə təmin edir, lakin sadəcə fiziki enerjiyə ehtiyac duyduğumuzda qidalara üz tutmuruq. Bu, həmçinin, emosional aclıq zamanı da baş verir: xoşbəxt olduğumuzda tort yeyirik, kefimiz pozulduğunda dondurma və ya stresli günümüzdə şokolad istəyirik. Bu tələbatlar hər kəs üçün individual olur, ortaq tərəfi isə mənbəyinin zehni aclıq olmağıdır.

Fiziki aclıq – bioloji bədənin enerji tələbatıdır, zehni aclıq isə insanın emosiyalardan əldə edə bilmədiyi həzz və məmnuniyyəti qidalarda axtarmağıdır. Zehni qidalanma, yəni emosiyaların təsiri altında həddən artıq qida qəbul etmək, qida davranışının pozğunluğuna gətirib çıxarır.  

 

Zehni qidalanma və fiziki qidalanma arasında çox kəskin bir fərq var.  Zehin eqonun yaratdığı səbəblərlə qidalanır, bədən isə sadəcə ehtiyacı olduğunda qidalana bilər. Bədən qidalanmada heç bir qərar verə bilmədiyi üçün, zehnin verdiyi qərarlara məhkumdur. Zehnin etdiyi seçimlərə əsasən isə bədən nəticə yaradır. Emosional aclıq artıq çəkinin yaranmasına gətirib çıxarır, çünki qəbul edilən qida bədənin tələbatı deyil, zehnin arzuladıqlarıdır. Bədənimiz var olduğumuz vaxtdan bəri bədən qidalanması proqramına malik olsa da, vaxt keçdikcə zehni qidalanmanı öyrənir və ona məhkum olur.

 

Emosional acliq nedir

 

Zehnin arzu və istəklərilə deyil, bədənin ehtiyaclarına uyğun olaraq qidalandığında, bədən artıq çəki yığmaz. Zehin fərqli düşüncələrlə məşğul olarkən bədənin doyduğunun fərqinə varmır və bu, artıq qidalanmağa səbəb olur. Sağlam və ideal bədən zehnin bədən ilə barışması nəticəsində yarana bilər. Zehin bədənə hörmətlə yanaşmalıdır və bunun fərqində olmalıdır. Zehin, bədənin ehtiyaclarını nəzərə almağı öyrənməlidir və onları nəzərə alaraq seçim etməlidir.

  • Stresli günlərinizdə daha çox qidalanırsınız?
  • Ac olmadığınızda və tox olduğunuzda da qida qəbul edirsiniz?
  • Mənfi emosiyaların təsiri altında qidalara olan marağınız daha çox artır?
  • Qidanı özünüzə verdiyiniz mükafat olaraq qəbul edirsiniz?
  • Qida özünüzü təhlükəsizlikdə hiss etməyinizi təmin edirmi?
  • Ac olduğunuzda özünüzü çox narahat hiss edirsinizmi?

Bu sualların əksəriyyətinin cavabı müsbətdirsə, o zaman sizin qidalardan asılılığınız var və əksər zamanlarda zehni aclıq hiss edirsiniz.

 

Emosional və fiziki aclığı necə fərqləndirmək olar?

Emosional aclıq bir anda yaranır, fiziki aclıq isə tədricən əmələ gəlir.

Emosional aclıq, adətən, əsəbilik, yalnızlıq hissi, özünə inamsızlıq, xoş təəsüratların çatışmazlığı olduğunda, gözlənilmədən və bir ana yaranır. Bu, öncəki qida qəbulları və ya bədənin ehtiyacları ilə əlaqəli olmur.

Fiziki aclıq isə bədəndə enerji tükəndikcə, tədricən, bir öncəki qida qəbulundan ən az 4-5 saat sonra yaranır. Fiziki aclıq, bədənin ehtiyaclarına əsasən, təbii qidalarla yatızdırıla bilir.

Emosional aclıq zamanı doyma hissi yaranmır, fiziki aclıq olduqda isə qida qəbulundan sonra toxluq hissi yaranır. Aclığınızın zehni və ya fiziki olduğunu anlamaqda çətinlik çəkdiyinizdə, bədənə “Həqiqətən acmısan? Nə yemək istəyirsən” sualları verilməlidir. Qida qəbul etmədən bədənindən soruş və onun cavabına uyğun olaraq hərəkət et. Bədənin ehtiyacı olduğun enerjiləri qəbul etməlisən, o zaman qəbul etdiklərin sənə xoşbəxtlik və fiziki gözəllik gətirəcək. Bədən təbii qidalar istəyir və onlarla doyur. Zehnin bir qida tələb etdikdə, o emosional aclığı doydurmağa çalışır; istədiyi həmin qida deyil, o qidanı birlikdə tükətdiyi dostu, sevgilisi və ya valideynləridir. Bu bədənin ehtiyacı deyil, zehin emosional ac olmağıdır. Bədən təbii qidalar tələb edir. Bir armud yediyində doyarsan, lakin bir dilim tort yediyində doymazsan, ikinci və üçüncü dilimləri də istəyərsən, hətta bütün tortu istəyərsən. Bu zehnin ac olmağıdır.

Sənin bədənin dəyərlidir, əgər sən o dəyərin fərqində deyilsənsə, ətrafdan gələn mənfi  təlqinlərin təsiri altına düşmüsən deməli. Bədənindən daha dəyərli olduğunu düşündüyün anlayış gözəlləşəcək, lakin o bədən quruluşunun korlanmağına gətirib çıxaracaq.

Bədən quruluşunun pozulması bədəninə qarşı hiss etdiyin maraqsızlıq və dəyərsizlikdən yaranır. Bədəninə qadağalar tətbiq edərək qətiyyən bu problemi həll edə bilməzsən. Zehninə də, bədəninə də varlığının fərqindəliyini hiss etdirməlisən. Bədəninin gözəlliyini sadəcə sevgi və şükranla gücləndirə bilərsən. Zehin və bədən arasındakı anlaşılmazlıqdan bədən quruluşu zərər görər, zehin isə mənfi düşüncələr ilə dolar.

 

 

Aldadılmış zehin bədənin ehtiyaclarını soruşmadan, bədəndən gələn siqnallara nəzər salmadan, ətrafdan və öz eqosundan gələn mesajlara əsasən hərəkət etdiyi üçün artıq çəki yığar. Problemi həll etmək üçün başqa mütəxəssislərə, həkimlərə, diyetoloqlara müraciət edib, onların məsləhətləri əvəzinə öz bədəninin mesajlarına nəzər salsan problemin həlli yolunu tapar.

Emosional aclıqdan necə azad olmaq olar?

İnsanlar, problemlərini unutmaq və ya onlarda qaçmaq üçün qidalara üz tuturlar. Bunun həlli üçün ilk atılacaq addım bu vərdişinizi tərgirmək olmalıdır. Hansı hadisələrdən sonra  qidaları və şirniyyatı daha çox qəbul edirsinizsə o hadisələrlə üzləşməlisiniz və emosiyalarınızı qidalarla əvəz etməyi tərgitməlisiniz.

Adətən, zehni qidalanmanın səbəbi mənfi emosiyalar olsa da, bəzən hər hansı bir nailiyyətinizə görə özünüzü qida ilə mükafatlandıra da bilərsiniz. Bu da artıq çəkiyə səbəb olar, çünki emosiyaların təsiri altında qida həddən artıq qəbul olunur.

Öz emosiya və düşüncələrinizi idarə etməkdə çətinlik çəkirsinizsə, emosional aclıq sizi daim artıq qidalar qəbul etməyə və çəki almağa istiqamətləndirəcək. Bu vərdişinizdən qurtulmaq üçün emosional aclığı qida ilə deyil, başqa məşğuliyyətlərlə “doydurmaq” lazımdır. Məsələn, yalnızlıq hiss etdiyinizdə sizi rahatladan sevdiyiniz bir insanla görüşün və ya it, pişiyinizi gəzintiyə çıxardın, səbirsizliklə nəyisə gözləyirsinizsə, vaxt keçirtmək üçün fiziki işlərlə məşğul olun, rəqs edin, velosipedlə gəzintiyə çıxın, özünüzü yorğun hiss edirsinizsə duş qəbul edin, kitab oxuyun, bir film izləyin və s.


Həmçinin bax:

Həmçinin bax:

Buse Uçarkuş 4 ayda necə arıqladığı barədə bizə danışdı Buse Uçarkuş 4 ayda necə arıqladığı barədə bizə danışdı

İnternetdə axtarış edirdim və “Arıqlamada son söz” kitabına rast gəldim, lakin inandırıcı gəlmədi mənə. Sınamaq istədim. Kitabı oxuyub bitirdikdən sonra, mənim üçün çox şey dəyişdi. Qidalara mənasız hisslər yüklədiyimi, hərəkətə q ...

Psixosomatik xəstəliklər və onların müalicəsi Psixosomatik xəstəliklər və onların müalicəsi

Psixosomatik xəstəlik – düşüncə və inancların yaratdığı hislərin nəticəsində əmələ gələn hormon dəyişikliklərinin bədəndə xəstəlik olaraq ortaya çıxmasıdır. Bu, o deməkdir ki, insan, öz hiss və düşüncələri ilə bədənin hüceyrə, orq ...

48’dən 40 ölçüyə qədər incələn Həvva xanım… 48’dən 40 ölçüyə qədər incələn Həvva xanım…

Mən – Almaniyadan Həvva Akduman. 10 il bundan öncə qaynatamı və anamı itirdim. 3 il öncə isə gənc yaşda qardaşımı itirdim. Hər zaman məni qardaşıma oxşadırdılar, onun ölümündən sonra isə mən də gənc yaşda öləcəm deyə həyatdan soyu ...

Tez-tez verilən suallar (11-23) Tez-tez verilən suallar (11-23)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (11-23) ...

Pəhriz arıqlatmır, kökəldir - Deniz Egece Pəhriz arıqlatmır, kökəldir - Deniz Egece

Əslində prinsip çox sadədir: yemək-içməyə maraqları olmayan bu insanların zehinlərini pəhriz siyahıları və yeməklə məşğul edərək, zehin xəritələrində yeməyə olan maraqlarını artırıram. Əvvəlcə, özlərinə sərhəd qoysalar da, qısa mü ...

Tez-tez verilən suallar (76-86) Tez-tez verilən suallar (76-86)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (65-75) ...

Qadağaların mənfi təsirləri Qadağaların mənfi təsirləri

Qadağa, bir işin görülməsinə qarşı olan, icra edilməməsi tələb olunan bir anlayışdır. Şüurumuzun ehtiyacı olan nəfəs, su, yuxu, sevgi, hərəkət, ünsiyyət kimi təbii ehtiyaclarımız məhdudlaşdırıldığı zaman bədən küsür, həyat eşqi sö ...

Deniz Egece ilə müsahibə (1-ci hissə) – Leyla Sarabi Deniz Egece ilə müsahibə (1-ci hissə) – Leyla Sarabi

Mən övladlığa verilmiş uşaq olmuşam. Buna görə də çox psixoloji problemlər yaşamışam. Hətta o həddə çatmışdım ki, çəkim 160 kilo olmuşdu. Elə bu müddətdə yoqa ilə tanış oldum. Zamanımı daxili təmizlənməyə, ruhumu anlamağa həsr etd ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az