NLP nədir?
NLP nədir?

NLP nədir?

2019/08/01 798

NLP (Neuro-Linguistic Programming – Neyro-Linqvistik Proqramlaşdırma), duyğu və düşüncələrinizi yönləndirərək, keçmiş yaşantılarınızdan gətirdiyiniz mənfi duyğu və düşüncədən xilas ola bilməyiniz üçün müasir texnikalarla həyatınızı daha mükəmməl formada şəkilləndirmə gücü verir. NLP-nin əsası 1960-1970-ci illərdə Kaliforniyada riyaziyyatçı Riçard Bandler və linqvist Con Qrinder tərəfindən qoyulub. Neyro – 5 hissiyatla dünyanı qavrama sistemini, linqvistik – daxili və xarici ünsiyyətin təcrübələrlə ifadə olunmasını, proqramlaşdırma isə müxtəlif davranış, dil və düşüncə qəliblərini formalaşdıraraq həyatınıza yenilikləri gətirən bir elmdir.

 

NLP Nedir

 

İnsanın özünə, yaşayışına, ətrafına, digər şəxslərə, bir bütün olaraq içində yaşadığı dünya ilə bağlı fərqindəliyinə, yaşanan təcrübələrdən yaranan özünün fərqində olma hissinə qısaca şüur demək olar. İnsan davranışlarının təməli şüur ilə birbaşa bağlıdır. Lakin davranışların hamısını şüur idarə etmir, burada şüuraltının da böyük rolu var. Belə ki, insanın gündəlik davranışlarının yalnız 5%-i şüur tərəfindən idarə olunur, digər 95%-i isə şüuraltında yatan vərdişlər əsasında avtomatik həyata keçirilir.

Gündəlik həyat təcrübəsindən də görünür ki, eyni hərəkətləri müxtəlif insanlar edir, lakin hər birinin nəticəsi fərqli olur. Bunun əsasında inanclar, hislər və davranışlar dayanır. NLP, həmçinin, “mükəmməllik elmi”, “dəyişmə sənəti”, “istədiklərini əldə etmə üsulu” kimi də adlanır.

NLP, modelləşdirmə prosesində təcrübələrin, dəyərlərin və inancların nədən ibarət olmasını və duyğuların necə əmələ gəlməsini tədqiq edir. Təcrübələr nəticəsində insanın daxili dünyasının necə formalaşması və hadisələrə necə məna verilməsinin öyrənilməsi də, NLP-nin tədqiqat sahəsidir. Heç bir hadisə, öz-özlüyündə heç bir məna kəsb etmir, ona bu mənanı insan özü verir və fərqli insanlar eyni hadisəyə fərqli mənalar yükləyə bilərlər. Həmin hadisənin insana təsir etməsi də yüklənən məna ilə birbaşa əlaqəlidir.

Neyro-linqvistik proqramlaşdırma, insanın şüuraltını hərəkətə gətirərək, onun güc və potensialını öz xeyri üçün istifadə etməyini təmin edir, öyrənmə tezliyini artırır. Bununla da, dəyişikliklərə uyğunlaşmaqla bərabər, fərq yaratmağı, insanın karyera, ailə və ümumilikdə maraq sahəsinə uyğun olaraq idarəetmə formasını tapmağa kömək edir.   

Motivasiyanın idarəsini insanın özünə ötürür, əvvəllər mənimsədiyiniz müsbət təcrübə və qabiliyyətlərdən, istədiyi zaman faydalana bilməyinə şərait yaradırlar. Eləcə də, həssaslığın artırılması sayəsində, meyl və davranışdakı  dəyişkənlikləri müşahidə və ifadə etmək bacarığı qazandırır. 

NLP, insanın duyğu və düşüncələrini yönləndirərək, daxili dünyasının sahibi və gələcəyinin qurucusu olmaqda ən böyük rəhbərdir. NLP, insanın şüuraltını hərəkətə gətirərək, onun gücünü öz faydası üçün istifadə etməyə kömək edir. Bu metodla, insan, öz keçmişindən daşıdığı mənfi duyğu və düşüncələrindən azad olaraq, həyatını artıq istədiyi kimi şəkilləndirə biləcək.

 

NLP Nedir

 

NLP, həyatda xoşbəxtlik və uğuru əldə etmək üçün aktual vasitələri öyrədir; mənfi inancların əvəzində, insanı gücləndirə biləcək müsbət inancları öyrədir, vacib anlarda emosiyaları idarə etməyi öyrədir.

NLP - başqalarında heyranlıq duyduğunuz və eynisinin sizdə də olmağını istədiyiniz davranış və bacarıqlara yiyələnməyinizi təmin edir, daxilinizdə olan böyük potensialı hərəkətə gətirir.

NLP dəyişməyin sürətli və təsirli bir modelini təqdim edir. Bu metod insanı daha öncə hərəkətə keçməkdə əngəl yaratmış mənfi təcrübələrindən təmizləyir. İnsanın özgüvənini yüksəldir və məmnunluq hisslərini aşılayır. NLP metodunun əsası inamdır. İnsanın reallaşdırmaq istədiyi dəyişikliyi öncə zehninə və şüuraltına inandırmalıdır. İnsanın dəyişməyə və öz gücünə olan inancları istədiyini əldə etməkdə ən böyük köməkçidir. Dəyişiklik üçün davamlılıq mütləqdir. Nəticə əldə olunana qədər bu texnika tətbiq edilir.

İnsanın əldə etmək istədiyini zehnində canlandırmağı motivasiyanı daha da artırır. Məsələn, arıqlamaq istəyirsinizsə, sahib olmaq istədiyiniz ideal bədəni daim zehninizdə canlı saxlamasınız, daim ideal bədəndə olduğunuzu düşünməlisiniz.


Həmçinin bax:

Həmçinin bax:

48’dən 40 ölçüyə qədər incələn Həvva xanım… 48’dən 40 ölçüyə qədər incələn Həvva xanım…

Mən – Almaniyadan Həvva Akduman. 10 il bundan öncə qaynatamı və anamı itirdim. 3 il öncə isə gənc yaşda qardaşımı itirdim. Hər zaman məni qardaşıma oxşadırdılar, onun ölümündən sonra isə mən də gənc yaşda öləcəm deyə həyatdan soyu ...

Prof Dr Çingiz Rəhimov Deniz Egecenin Arıqlama metodu haqqında danışdı Prof Dr Çingiz Rəhimov Deniz Egecenin Arıqlama metodu haqqında danışdı

Deniz Egecenin elmi araşdırmaları təqdirə layiq bir çalışmalardır. Çəki problemi ilə bağlı olan araşdırmaları isə dünyada bir ilkdir və qalıcı həll yolu təqdim edir. Xəstəliklərin 80%-i psixosomatikdir, yəni zehnin bədəndə yaratdı ...

Qidalanmada miqdarın əhəmiyyəti Qidalanmada miqdarın əhəmiyyəti

Təbiətin yağışına pis deyə bilmərik, yağışın miqdarı fayda və ya zərər verər. Küləyə də pis deyə bilmərik, yetərli miqdarda olduqda fayda, həddindən artıq sürətli olduqda isə zərər verər. Alov üçün oksigen və su az miqdarda fayda ...

Qidalanmada niyyət Qidalanmada niyyət

Bütün canlılara, heyvanlara və bitkilərə də müsbət və ya mənfi enerjilər təsir göstərər. Cansız olan qidaların da enerjilərinə təsir göstərilər, lakin maddə dəyişdirilməz. Cansız olan əşyalarda da, insanın niyyəti o əşyadan alaca ...

Sağlamlığınızla bağlı bilməli olduğunuz 10 FAKT Sağlamlığınızla bağlı bilməli olduğunuz 10 FAKT

Çox miqdarda qidalanmanın artıq çəki yaradan səbəb olduğunu qəbul etməlisiniz. Sağlam və ideal bədən üçün bədəninin verdiyi siqnalların fərqinə vararaq, qidalanmaq doğrudur. Heç bir qidanı məhdudlaşdırmadan yeyə bilərsiniz, vacib ...

46 ÖLÇÜDƏN 38 ÖLÇÜYƏ QƏDƏR ARIQLADI 46 ÖLÇÜDƏN 38 ÖLÇÜYƏ QƏDƏR ARIQLADI

Bu metodla 4 ay öncə tanış oldum. Buna qədər isə çox çəki alırdım, lakin səbəbini tapa bilmirdim. Bir çox üsullardan istifadə edirdim, lakin heç biri qalıcı arıqlamağa kömək etmədi. Az yediyimi düşünürdüm, pəhriz, idman, dərmanlar ...

Onlayn seanslar ilə ideal bədəninə qovuşan Deyyan Mustafa Onlayn seanslar ilə ideal bədəninə qovuşan Deyyan Mustafa

Bu vəziyyət məni çox narahat edirdi, istədiyim paltarları geyinə bilmirdim. Ətrafımdakı insanlarla münasibət yaratmaq istəmirdim. Özümü çox pis hiss edirdim, özümə inamım tamamilə yox idi, hərəkətsiz bir həyat yaşayırdım və özümə ...

Piylənmə ölüm riskini artırır Piylənmə ölüm riskini artırır

Ümumdünya Səhiyyə Təşkilatının da bildirdiyi kimi XX-ci əsrin 70-ci illərindən bəri bütün dünyada insanlar arasında artıq çəki və piylənmə problemi 3 qat daha kəskinləşib. Öncə yalnız Birləşmiş Ştatlarda yayılmış xəstəlik, hazırda ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az