Hərəkət və qidalanma balansının əhəmiyyəti
Hərəkət və qidalanma balansının əhəmiyyəti

Hərəkət və qidalanma balansının əhəmiyyəti

2019/07/31 273

Artıq çəkilərin səbəbi qidalanma deyil, insanın hərəkətsiz həyat yaşamağıdır.

İdmançılar çox və kalorili qidalanırlar, lakin artıq çəki yığmırlar, çünki daim hərəkətdə olurlar. Peşəkar idmanı tərk edəndən sonra əksər idmançılar çəki almağa başlayır, bu da əvvəlki qədər hərəkətli olmamaqlarından qaynaqlanır.

Nə yediyin deyil, nə qədər yediyin əhəmiyyət daşısa da, ondan da əhəmiyyətli olan nə qədər hərəkət etməyindir. Gün ərzində 10.000 kalori qəbul edən bir insan əgər 11.000 kalori sərf edəcək hərəkət edirsə, səncə o artıq çəki alar? Xeyr. Lakin gün ərzində sadəcə 1.000 kalorilik qidalanan insan hərəkətlərlə 800 kalori sərf edirsə, təbii ki, artıq çəki yığacaq. Bu da o deməkdir ki, artıq çəkinin səbəbi qidalanma deyil, hərəkətsizlikdir.

 

Hərəkət və qidalanma balansının əhəmiyyəti

 

Beyin nə ilə maraqlanarsa, bütün potensial enerjisini həmin marağı istiqamətinə yönəldər, onun güclənməsini təmin edər. Şüur qidalanma ilə maraqlandığında, bu hal yalnız qidalanmanın çeşidini və miqdarını artırar, lakin şüur hərəkət və hərəkətliliklə maraqlanarsa, o zaman hərəkət miqdarı və çeşidi artar.

İnsan bir çox fərqli mövzularla maraqlandığında, şüuraltı qeyri-ixtiyari şəkildə, öncədən vərdiş etdiyi kimi hərəkət edər. Əgər şüuraltında olan məlumatlar çox qidalanma və az hərəkət istiqamətindədirsə, o zaman diqqət başqa mövzulara yönəldiyi anda çəki artmağa başlayar. Bu problemin həll yolu şüuraltında hərəkət çeşidi, öz işini özün etmək, fiziki çalışmalar, ev və işdə hərəkətli olmaq, piyada gəzmək kimi inancların möhkəmləndirilməsidir.

Çəkinin səbəbi hərəkətsizlik olduğundan, çəki atmağa da səbəb yalnız hərəkətlilik ola bilər. Başqa həll yollarını axtarmaq sadəcə vaxt itkisidir və mənfi fəsadlar yarada bilər.

 

Hərəkət – yaşamaqdır, hərəkət – həyat enerjisidir, hərəkət – canlı olduğunun sübutudur.

 

Çəki almağa səbəb olan faktorlar qidalanma, bir qida qəbulunun həcmi, hərəkətsizlik, hərəkət və məşqlər haqqında beynimizdəki çəki almağa səbəb olan düşüncə və inanclardır. Bu inanclar vərdiş və davranışlarımızın təkrarlanmasına gətirib çıxarır. Beləliklə, səhv vərdişlərimiz çəki almağa, düzgün vərdişlərimiz isə çəki atmağa səbəb olur. Bu vərdişlərimiz şüuraltı tərəfindən idarə olunur və onlar dəyişdiyində bədənimiz də qalıcı olaraq dəyişər.

Beyninizi daim pəhrizə fokusladığınızda həddən artıq qida haqqında düşünməyə başlayırsınız. Pəhriz yerinə hərəkət, yəni enerji sərfiyyatı haqqında düşünmək lazımdır. Qida baxımından hər hansı bir qadağa olmamalıdır, çünki qadağalar da qida haqqında düşünməyə gətirib çıxaracaq. Çəkiyə səbəb olan hərəkətsizlikdirsə, çəkini atmağa da səbəb hərəkətlilik olacaq.

Həm zehni hərəkətlilik, həm fiziki hərəkətlilik bədənin sağlam çəki atmağına və insanın arzuolunan ideal bədən quruluşuna sahib olmağına gətirib çıxarır. Çəkinin artmasının əsas səbəbi hərəkət və hərəkətlilik barədə olan mənfi inanclardır. Mənfi inancları hərəkət və hərəkətlilik barədə müsbət inanclarla əvəz etdikdə, qeyri-ixtiyari hərəkət miqdarı artır və qonaq olan çəkilər bədəni tərk etməyə başlayır.

 

Hərəkət və qidalanma balansının əhəmiyyəti

 

Çəki almağınızın səbəbi, şüuraltınızdakı giriş (qidalanma) və çıxış (hərəkətlilik) balansının olmamasından qaynaqlanır. Bu ziddiyət hər cür psixoloji faktor və inanc sisteminin dəyişməsi ilə yaranar. Bu balans korlanmadığı müddətcə çəki almayacaqsınız. Qidalanma və hərəkətlilik balansını qoruyaraq artıq çəkidən həmişəlik azad ola bilərsiniz.

Artıq çəkiyə səbəb olan qidalanma çeşidi deyil, miqdarıdır, ən başlıca səbəbi isə qidalanma da deyil, hərəkətsizlikdir. Çəki problemini qidalanma ilə həll etməyə çalışmaq heç bir nəticə verməz, yalnız  hərəkət və hərəkətlilik bu problemi aradan qaldırar.

Təbiətdəki yağışa pis deyə bilmərik, onun miqdarı fayda və ya ziyan verər. Su və ya oksigen faydalıdır, lakin artıq miqdarda ziyan verər. Bu, o deməkdir ki, təbiətə və ya bədənimizə fayda və zərər verən çeşid deyil, miqdardır.

Yaradıcı duyğular da həddindən artıq miqdarda olduqda zərər verər. Sevgi artıq olduqda insanı qula çevirər. Xoşbəxtlik və sevinc artıq olduqda insanı sərxoş edər və balansı pozar. Varlılıq və uğur da həddindən artıq olduqda zərər verərlər. Bununla yanaşı da, zərərli bildiyimiz anlayışlar, məsələn stress, narahatlıq, hirs az miqdarda olduqda insanın həyatını xilas edə bilərlər, lakin miqdarı artdıqca hər biri ziyan verər.

Bədənin qidalanmadan almalı olduğu günlük enerji miqdarı edilən hərəkətlərin miqdarından asılıdır. Fərqli günlərdə fərqli miqdarda hərəkət edilərkən, eyni miqdarda qidalanmaq  hərəkət və qida balansını pozar, bu isə öz növbəsində bədən quruluşunun pozulmasına gətirib çıxarar.

Hərəkət miqdarı dəyişdiyində qidalanma miqdarı da dəyişir. Gündə 3 və ya 5 dəfə yemək yeməliyəm qaydası yanlışdır. Çox hərəkətli olduğun gün 5 dəfə də yemək yeyə bilərsən, az hərəkətli olduğun gün isə 1 qida qəbulu sənə yetərli ola bilər. Niyə qidalanma vərdişləri hər kəs üçün standart olmalıdır? Dünyadakı bütün insanlar eyni miqdarda eyni növ hərəkətləri edirlər? Təbii ki, xeyr. O zaman az hərəkət edib və gündə ehtiyacı olmadığı halda  5 dəfə qida qəbul edən insanların qidalanma və hərəkət balansları pozulacaq, bu hal isə artıq çəkinin yaranmasına səbəb olacaq. Halbuki insan bədənin ehtiyacı olduqda lazımi miqdarda qidalanarsa artıq çəki yığmaz. Bir qidalanma rejimi bütün insanlara uyğun ola bilməz. Hətta bir qidalanma rejimi bir insan üçün də daim yararlı ola bilməz. Çox enerji sərf edilən günlərdə bədənin ehtiyacları fərqli ola bilər, az enerji sərf edilən günlərdə isə bədənin də az qidaya ehtiyacı olar.

 

Hərəkət və qidalanma balansının əhəmiyyəti

 

Miqdar olaraq qidalanmanı üç qrupa ayırmaq olar: artıq qidalanmaq, balanslı qidalanmaq, ehtiyac qədər qidalanmaq. Hərəkət miqdarından daha çox qida qəbul edilirsə, artıq çəki yığılır. Çəki nə artmır, nə də azalmırsa hərəkət və qidalanma balansı saxlanılır deməkdir. Hərəkət miqdarı qidalanma miqdarından daha çox olduğunda bədən çəki itirməyə başlayır və ya ölçü olaraq kiçilir.

  • Nə vaxt və nə qədər qidalanmalı olmağımı kim bilir?
  • Bədənin.
  • Bir qida qəbulu zamanı nə qədər yeyə bilərəm?
  • Mədənin təbii olçüsü olan yumruq qədər.
  • Nə yeməliyəm?
  • Bədəninin tələb etdiyi hər şeyi.
  • Nə vaxt yemək yeməliyəm?
  • Bədənin ehtiyacı olduğunda günün istənilən saatında qida qəbul edə bilərsən.

Sizin artıq çəkiləriniz aylar və illər uzunu yığılır, bir gün hərəkət və qidalanma balansının pozğunluğu sizin kökəlməyinizə səbəb ola bilməz. Lakin bu davamlı hal alarsa bədən quruluşunuza təsir etməyə başlayar. Bədəninizdə qonaq olan çəkilərin birdəfəlik getməsi bir az zaman alacaq, bunun üçün isə bədənin ehtiyacı qədər qidalanmaq və hərəkət etmək vərdişə çevrilməlidir.

Yeyilən və içilənlərin təsirlərini bədənə və beyinə olan təsirləri olaraq iki yerə ayıra bilərik. Beyinə qidaların çeşidi təsir göstərir, bədənə isə miqdarı.

İnsan ağrısını yatızdırmaq üçün dərman qəbul edər, problem və dağıdıcı düşüncələri səbəbilə isə içki və ya narkotik maddələr qəbul edər. Bəzi insanlar da emosional aclığı qidalar ilə yatızdırar və belə hallarda doyma hissi olmadığından, qeyri-ixtiyari şəkildə qəbul edilən qida miqdarı artar. Artmış qida miqdarı beyinə heç bir təsir göstərməz, lakin mütləq bədəndə bir sıra dəyişikliklərə yol açar. Bu cür qidalanmanın qarşısını almaq üçün emosional aclığı, bu aclığa səbəb olan insan və hadisələrlə üzləşərək, onları bağışlayaraq və əsl duyğuları yaşayaraq yatızdıra bilərik.

Qidalanmada fayda və ya ziyana çeşid deyil, miqdar səbəb olur. Ehtiyac olan miqdarı şüuraltına öyrətmək üçün qida haqqındakı inancları dəyişdirməlisən. Qida sadəcə bədənin ehtiyacı qədər qəbul edilməlidir, duyğuların ehtiyacı duyğuları yaşayaraq ödənilməlidir. Ən əsası isə qidalanmanın miqdarı deyil, hərəkətin miqdarıdır.


Həmçinin bax:

Həmçinin bax:

Qadağaların mənfi təsirləri Qadağaların mənfi təsirləri

Qadağa, bir işin görülməsinə qarşı olan, icra edilməməsi tələb olunan bir anlayışdır. Şüurumuzun ehtiyacı olan nəfəs, su, yuxu, sevgi, hərəkət, ünsiyyət kimi təbii ehtiyaclarımız məhdudlaşdırıldığı zaman bədən küsür, həyat eşqi sö ...

Emosional aclıq nədir? Emosional aclıq nədir?

Zehni qidalanma və fiziki qidalanma arasında çox kəskin bir fərq var. Zehin eqonun yaratdığı səbəblərlə qidalanır, bədən isə sadəcə ehtiyacı olduğunda qidalana bilər. Bədən qidalanmada heç bir qərar verə bilmədiyi üçün, zehnin ve ...

Monoton həyat tərzi kökəldir Monoton həyat tərzi kökəldir

Monotonluq insanın daim eyni yaşamağına, tez qocalmağına, motivasiyasının enməyinə, fürsət və imkanların qapılarının qapalı qalmağına, məhdudiyyətli bir həyat yaşamağına, mənfi düşüncələrin bir müddət sonra artıq çəkiyə səbəb olma ...

İdeal bədənə sahib olmaq üçün 42 kq arıqladı İdeal bədənə sahib olmaq üçün 42 kq arıqladı

İllər uzunu müxtəlif pəhrizlər tətbiq etdim, pəhrizin məni arıqladacağını düşünürdüm. Hər pəhriz proqramını tətbiq etdiyim müddətdə çəki atırdım, lakin normal həyata qayıdanda çəkilərim də geri qayıdırdı. Sağlam qidalanma, kalori ...

Maddələr mübadiləsi və çəki problemi Maddələr mübadiləsi və çəki problemi

Maddələr mübadiləsinin sürəti insanın o andakı düşüncələri, əzələ quruluşu, bədən ağırlığı və həcmi ilə mütənasibdir. İnsanın bədənində artıq yağların olması və əzələlərin zəif olması maddələr mübadiləsinin ümumi sürəti və çalışma ...

46 ÖLÇÜDƏN 38 ÖLÇÜYƏ QƏDƏR ARIQLADI 46 ÖLÇÜDƏN 38 ÖLÇÜYƏ QƏDƏR ARIQLADI

Bu metodla 4 ay öncə tanış oldum. Buna qədər isə çox çəki alırdım, lakin səbəbini tapa bilmirdim. Bir çox üsullardan istifadə edirdim, lakin heç biri qalıcı arıqlamağa kömək etmədi. Az yediyimi düşünürdüm, pəhriz, idman, dərmanlar ...

Təranə İsmayılovanın 20 kq Arıqlama Hekayəsi Təranə İsmayılovanın 20 kq Arıqlama Hekayəsi

Diyetoloqlara çox gedirdim, onlar yeməklərə o qədər qadağa qoyurlar ki, yeməklərə həsrət qalırdım. İstədiyim çəkiyə düşəndən sonra sevdiyim yeməkləri yeyirdim və təkrar iki qat o çəkiləri geri alırdım. Daha sonra diyetoloqlara ina ...

NLP nədir? NLP nədir?

NLP (Neuro-Linguistic Programming – Neyro-Linqvistik Proqramlaşdırma), duyğu və düşüncələrinizi yönləndirərək, keçmiş yaşantılarınızdan gətirdiyiniz mənfi duyğu və düşüncədən xilas ola bilməyiniz üçün müasir texnikalarla həyatınız ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az