Deniz Egece - Bakı şöbəsi


Struktur

 

Rəhbərlik

Deniz Egece Neuroscience Academy-nin direktoru: Murad Şahverdiyev

Deniz Egece Neuroscience Academy-nin direktor müavini: Gülmira Şahverdiyeva

 

Zənglər mərkəzi

Satış şöbəsi

DENA Zənglər mərkəzinin satış mütəxəssisləri məlumatlandırma və satış ilə məşğul olurlar. Qeydiyyatdan keçmiş və müraciət etmiş şəxslərə məhsullar və xidmətlər haqqında ətraflı məlumat verilir. Deniz Egece Neuroscience Academy-nin satış mütəxəssislərinin əsas vəzifələri aşağıdakılardır:

  • telefon zənglərinin olunması;
  • müştəri bazasının genişləndirilməsi;
  • müştərilərə DENA məhsulları haqqında ətraflı məlumatın verilməsi;
  • müştərilər üçün koordinator rolunun icra olunması və ortaya çıxan problemlərin həll olunması;  
  • müştərilərin istək və ehtiyaclarının nəzərə alınması;
  • satışla əlaqədar tələb və təkliflərin hazırlanması və təqdim olunması;

Dəstək şöbəsi

Dəstək şöbəsinin Neyroelm mütəxəssisləri və psixoloqları DENA-nın məhsul və xidmətlərini əldə etmiş müştərilər ilə daim əlaqə saxlayır, dəyişim müddətində psixoloji kömək göstərir və proseslə bağlı bütün suallara cavab verirlər. Deniz Egece Neuroscience Academy-nin Dəstək şöbəsinin mütəxəssisləri və psixoloqlarının əsas vəzifələri aşağıdakılardır:

  • məhsul əldə etmiş müştərilərlə daim əlaqənin saxlanılması;
  • psixoprofilaktik və psixodiaqnostik iş prosesin aparılması;
  • müştərilərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi;
  • müştərilərə psixoloji dəstəyin göstərilməsi. 

 

Sosial media

Deniz Egece Neuroscience Academy-nin sosial media şöbəsi sosial şəbəkələrdə şirkətin fəaliyyətinin tanıdılması ilə məşğul olur. DENA Sosial media şöbəsində Sosial Media meneceri, qrafik dizayner, kontent moderator və tərcüməçi fəaliyyət göstərir. Şöbənin əsas vəzifələri aşağıdakılardır:

  • kontent-strategiya və inkişaf planı layihələrinin hazırlanması və icra edilməsi;
  • sosial şəbəkələrdə şirkətin rəsmi səhifələrinin idarə olunması;
  • şirkətin fəaliyyəti ilə bağlı reklam materiallarının hazırlanması;
  • reklam məhsullarının dizayn layihələrinin təklif olunması və hazırlanması;
  • satış məqsədləri üçün PR və reklam mətninin hazırlanması və tərcüməsi;
  • müştəri bazasının genişləndirilməsi; 
  • istifadə olunan saytların effektivliyinin təhlil edilməsi;
  • şüarlar və hashtagların planlaşdırılması;
  • rubrika və marketinq kampaniyalarının aparılması.

 

İT şöbə

Deniz Egece Neuroscience Academy-nin İnformasiya Texnologiyaları fəaliyyətinin idarə olunması “Horizon Development & Innovation Center” tərəfindən aparılır. 

 

Mühasibatlıq və İnsan Resursları

Deniz Egece Neuroscience Academy-nin Mühasibatlığı şirkətin bütün maliyyə və mühasibatlıq əməliyyatlarının aparılması ilə məşğul olur. Muhasibin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • mühasibat uçotunun aparılmasının həyata keçirilməsi;
  • maliyyə, vergi və digər hesabatların tam və vaxtında təqdim olunması;
  • kassa kitabının düzgün tərtib edilməsi və kassa əməliyyatlarının aparılması;
  • kommersiya sirri hesab edilən məlumatların məxfi saxlanılması;
  • müvafiq vəsaitlərin təyinatı üzrə istifadə edilməsinin həyata keçirilməsi;
  • aktiv, öhdəlik, kapital, gəlir və xərclərin uçotunun həyata keçirilməsi.


Deniz Egece Neuroscience Academy-nin İnsan Resursları mütəxəssisləri kadr uçotunun qurulması, sənədləşdirilməsi, strukturun tərtib olunması, şöbələr arası sənəd dövriyyəsinin təşkili ilə məşğul olur. İnsan resursları üzrə mütəxəssisin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • DENA insan resurslarının planlaşdırılması prosesinin aparılması;
  • insan resursları üzrə sənədləşmə və kadr uçotu işlərinin aparılması;
  • işə qəbul prosesinin müvafiq qaydalara və standartlara uyğun həyata keçirilməsi;
  • işə qəbul prosesinə dair sənədləşmələrin aparılması;
  • işə qəbul olunma haqqında əmrlərin rəsmiləşdirilməsi və işçilərin müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməsinin təmin edilməsi;
  • DENA əməkdaşlarının əmək müqavilələrinin hazırlanması, onlara əlavə və dəyişikliklərin edilməsi;

 

Təsərrüfat şöbəsi

Deniz Egece Neuroscience Academy-nin təsərrüfat şöbəsi şirkətin fəaliyyəti ilə bağlı maddi-texniki təchizat işlərinin həyata keçirilməsilə məşğuldur. Təsərrüfat şöbəsinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • DENA-nın tələb olunan keyfiyyətdə və miqdarda zəruri mallarla təchizatının həyata keçirilməsi;
  • maddi-texniki təchizat və maddi resursların rasional istifadəsi məsələləri üzrə fəaliyyətin təşkilati-metodiki rəhbərliyi və koordinasiya işlərini həyata keçirilməsi;
  • Deniz Egece Neuroscience Academy-nin təsərrüfat fəaliyyəti üçün zəruri avadanlıq və materiallar ilə təminatının təşkil olunması;
  • Deniz Egece Neuroscience Academy-nin anbarında maddi resurslar hərəkətinin uçotu ilə əlaqədar məlumat bazasının yaradılması və aparılması;
  • DENA məhsullarının anbara qəbulu, saxlanılması və oradan təhvil verilməsinin təmin olunması;
  • DENA məhsullarının təhlükəsizliyini və salamatlığını, saxlanılma rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərin təhvilinin təmin olunması;
  • anbar əməliyyatlarının uçot və hesabatlarının aparılması;

 

Çatdırılma xidməti 

DENA çatdırılılma xidməti sifariş olunan məhsulların şəhərdaxili pulsuz çatdırılmasını operativ şəkildə həyata keçirir. Həmçinin, poçt vasitəsilə ölkədaxili pulsuz çatdırılma həyata keçirilir. Kuryerlərin əsas vəzifələri aşağıdakılardır: 

  • məhsulların yığılması və çatdırılması üzrə məntəqələrin yerini müəyyən etmək;
  • məsafə, səyahət vaxtı, müştərinin tələbləri, cəlb olunan ehtiyatlar və məlum prioritetlərin təhlilinə əsasən məhsulların götürulməsi və çatdırılması üzrə marşrutun planlaşdırılması;
  • göndəriləcək məhsulların zədələnmə təhlükələrini minimuma endirməklə onların daşınmasının təmin olunması;
  • məhsulların çatdırılmasını müəyyən edilmiş vaxt çərçivəsində yekunlaşdırmaq.

 

 


Həmçinin bax

Həmçinin bax

Xəstəliyinə qalib gəldi və artıq çəkilərindən azad oldu

Xəstəliyinə qalib gəldi və artıq çəkilərindən azad oldu

Xəstəliyinə qalib gəldi və artıq çəkilərindən azad oldu

Helə bir vəziyyətdə idim ki, hansı yeməyin mənim sağlamlığıma xeyir, hansının ziyan olduğunu düşünməkdən yorulmuşdum. Qan qrupları ...

Zumba təlimçisinin arıqlama hekayəsi

Zumba təlimçisinin arıqlama hekayəsi

Zumba təlimçisinin arıqlama hekayəsi

Mən zumba təlimçisiyəm və 2 uşaq anasıyam. Hal-hazırda bunu oxuyanların “İdmanla məşğul olan bir insan arıqlaya bilmir ki?” dediyi ...

Deniz Egece İctimai TV-də qonaq oldu

Deniz Egece İctimai TV-də qonaq oldu

Deniz Egece İctimai TV-də qonaq oldu

22 noyabr 2019-cu il tarixində İctimai TV-nin “Sağlam Yaşamaq” verilişində invaziv kardioloq Rasim Məhərrəmovun qonağı Türk Neyroe ...

Düşüncələrimizin həyatımıza təsiri

Düşüncələrimizin həyatımıza təsiri

Düşüncələrimizin həyatımıza təsiri

Şüur, aləmlərdə dövran edir, gələndə bədənin şəklini alır, gedəndə isə bədənini yox edir. Şüur tarla kimidir, nə əkirsənsə, onun d ...

Tez-tez verilən suallar (24-38)

Tez-tez verilən suallar (24-38)

Tez-tez verilən suallar (24-38)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 s ...

6 aya 38 kq çəki atdı

6 aya 38 kq çəki atdı

6 aya 38 kq çəki atdı

Arıq olan insanların necə arıq qaldıqlarını araşdırmağa başlamışdım. Facebook-da “Arıqlamada son söz” adlı bir kitab çıxdı qarşıma ...

Onlayn seanslar ilə ideal bədəninə qovuşan Deyyan Mustafa

Onlayn seanslar ilə ideal bədəninə qovuşan Deyyan Mustafa

Onlayn seanslar ilə ideal bədəninə qovuşan Deyyan Mustafa

Bu vəziyyət məni çox narahat edirdi, istədiyim paltarları geyinə bilmirdim. Ətrafımdakı insanlarla münasibət yaratmaq istəmirdim. ...

Təranə İsmayılovanın 20 kq Arıqlama Hekayəsi

Təranə İsmayılovanın 20 kq Arıqlama Hekayəsi

Təranə İsmayılovanın 20 kq Arıqlama Hekayəsi

Diyetoloqlara çox gedirdim, onlar yeməklərə o qədər qadağa qoyurlar ki, yeməklərə həsrət qalırdım. İstədiyim çəkiyə düşəndən sonra ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az